Icma.az
close
up
RU
Azərbaycanın inkişafının əsas prioriteti kənd təsərrüfatı

Azərbaycanın inkişafının əsas prioriteti kənd təsərrüfatı

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ölkəmizin iqtisadi inkişafında qeyri-neft sektoru mühüm rol oynayır. Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməsi bu gün həm dayanıqlı inkişafın təmin edilməsində, həm də beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasında özünün aydın ifadəsini tapır. İqtisadi tərəqqi bütün sahələrdə uğurlu inkişafın əsasıdır. Hazırda bunu işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan  bərpa-quruculuq işlərində aydın görürük. Son beş ildən artıq dövrdə bu ərazilərdə görülən işlərin xronologiyasına diqqət yetirsək hərtərəfli inkişafın təmin edilməsində kompleks tədbirlərin həyata keçirilməsinin önəmi  özünü aydın şəkildə nümayiş etdirir. Ümummilli Lider Heydər Əliyevin  müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsini şərtləndirir. 2003-cü ildən Prezident İlham Əliyevin enerji sektorundan asılılığın minimum  endirilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə bu günlərdə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə bütün bu məqamların təqdimatı oldu. Prezident İlham Əliyevin Sərəncamları ilə təsfiqlənən Regional inkişaf proqramlarının uğurlu icrası Azərbaycanın bugünkü reallıqraında öz əksini tapıb. Dövlətimizin başçısı İlham Əliyev  müşavirədə bu Proqramların icrasının yol açdığı uğurlardan geniş bəhs etdi. Bildirdi ki, hələ ilk dəfə Prezident seçiləndən sonra 2004-cü ildə  təşəbbüslərindən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi”.

Ölkə.az xəbər verir ki, bunu iqtisadçı  Səlim Rəhimzadə deyib.

O bildirib ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həlli ilə diqqətdə oldu: “Ondan sonra üç Dövlət Proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionların sosial-iqtisadi inkişafı sürətləndirildi, məşğulluq problemləri həll olunmağa başladı,  böyük infrastruktur layihələri icra edildi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə  qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat  tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi”.

S. Rəhimzadə əlavə edib ki, regionlarda müasir çağırışları özündə ehtiva edən  infrastruktir layihələrinin uğurlu icrası  kənd təsərrüfatının  inkişafında əhəmiyyətli rol oynayır: “Prezident İlham Əliyev müşavirədə  kənd təsərrüfatının inkişafında digər mühüm amili-subsidiyaların verilməsini  önə çəkərək bildirdi ki,  Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Müxtəlif güzəştlər verilir. Bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr  kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayır.

Ənənəvi kənd təsərrüfatı sahələrindən olan pambıqçılıq və baramaçılıq sahələrinin inkişafı ilə bağlı dövlət başçısı qeyd etdi ki, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Məhsuldarlıq çox aşağı səviyyədə idi. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində  baramaçılıq  da bərpa edildi.  Bununla bağlı olan ipəkçilik  inkişaf etməyə başladı. Bir çox istiqamətlər üzrə nəzərdə tutulan  vəzifələr icra edildi.

Regional inkişaf proqramları vasitəsilə yaradılmış infrastruktur və iqtisadi baza bu gün kənd təsərrüfatının dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin təminatına və əhalinin  sosial rifahının yüksəldilməsinə xidmət edir. Tarixi Zəfərimizin  yeni reallıqları əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı dövrün hədəfləri öz əksini tapıb. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu çağırışı etdi ki, elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Regional İnkişaf  proqramlarının  məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələri də uğurla icra edilib.

Kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı  qarşıya qoyulan yeni  hədəflərə yüksək səviyyədə nail olmağa stimul verəcək. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin  25 may  2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən  “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın  ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədinə xidmət edir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu sahə strateji prioritet elan edildi. Kənd təsərrüfatının inkişafını şərtləndirən amillər diqqətə çatdırıldı. Bir daha təsdiqləndi ki, həyata keçirilən iqtisadi siyasət ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionlarda məşğulluğun təmin edilməsinə, hazırkı mərhələdə  Qarabağ və Şərqi Zəngəzurda innovativ layihələrin həyata keçirilməsinə xidmət edir”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 May 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri