Icma.az
close
up
RU
COP29 və onun tarixi nəticələri

COP29 və onun tarixi nəticələri

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

İbrahim Cəfərov
Bitki Mühafizə və Texniki Bitkilər ET institutunun direktoru, professor

Azərbaycanı sevən hər kəs üçün bu ölkənin iqtisadi cəhətdən daha da güclənməsi mühüm hadisədir.30 ilə yaxın müddətdə torpaqları işğal altında olan və 2020- ci ildə 44 günlük müharibədə ərazi bütövlüyünü, 2023- cü ildə bir günlük anti terror əməliyyatları ilə suverenliyini bərpa edən ölkə 2024- cü ildə dünyada ən iri və möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi və sədrlik etmək istəyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29- a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bu günkü uğurumuzda həlledici rol oynamışdır. Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizədə birgə səylərin birləşdirilməsi əhəmiyyətini anlayır və bu məsələlərdə qlobal dünyanın yanındadır.
Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişkənliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29- cu sessiyasının Bakıda keçirilməsi möhtərəm cənab Prezidentin, Azərbaycan dövlətinin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi kimi qiymətləndirilir. Digər COP-larla müqayisədə bizim hazırlıq zamanımız da qısa idi, lakin buna baxmayaraq dövlətimiz COP29-a sürətli hazırlıq işlərini görə bildi, dövlət qurumlarının hamısı üzərinə düşən işləri yüksək səviyyədə yerinə yetirdilər. Möhtərəm cənab Prezidentin hazırlıq işlərinə şəxsi nəzarəti və diqqəti hər kəs üçün məsuliyyət idi. Qonaqların hamısı bir ağızdan verdiyi müsahibələrdə 29- cu sessiyanın yüksək təşkilindən bəhs edirdilər.
Geniş miqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, ölkəmiz iqlim danışıqlarında tarixi nəticələr əldə etdi, kiçik ada dövlərinin problemlərinə inkişaf etmiş ölkələrin diqqətini cəlb edə bildi.
Hamımız yüksək nəticələrə nail olan COP29-a görə qürurlanırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarındakı paylaşımında qeyd etmişdir: “ Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçıların qatıldığı CPO29- un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.”
COP- da iştirak edən tərəflər iqlim maliyyəsi üzrə qəbul edilmiş qərara əsasən inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün ildə ayrılacaq 100 milyarddan 2035- ci ilədək azı 300 milyard dollara qədər yüksəldilməsi nəzərdə tutulub ki, bu da tarixi bir nəticədir.
Ölkə vətəndaşları olaraq bizlər inanırıq ki, Azərbaycanda keçirilən COP29 bu qəbildən olan COP- lar arasında xüsusi yerini tutacaq və tarixə düşəcəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Noyabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri