Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Türkmənistanda COP29 un nəticələri barədə brifinq verilib

Türkmənistanda COP29 un nəticələri barədə brifinq verilib

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Böyük Britaniyanın Türkmənistandakı Səfirliyi və BMT-nin Türkmənistandakı Nümayəndəliyi tərəfindən BMT-nin binasında diplomatik korpusun iştirakı ilə təşkil edilən İnkişaf Tərəfdaşları İqlim Qrupunun Səkkizinci Koordinasiya Görüşündə 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT İqlim Dəyişikliyi Konfransının (COP29) əsas nəticələri barədə brifinq verib.

Bu barədə APA-ya Türkmənistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Brifinqdə COP29-da əldə edilən mühüm nəticələr təqdim edilərək, Azərbaycanın beynəlxalq əməkdaşlıq və iqlim dəyişikliyi məsələlərindəki fəaliyyətləri vurğulanıb. Eyni zamanda, Azərbaycanın iqlim siyasətindəki əsas prioritetlər, regional və qlobal səviyyədə Azərbaycan tərəfindən həyata keçirilən təşəbbüslər və gələcək əməkdaşlıq imkanları barədə geniş məlumat verilib.

Səfir Qismət Gözəlov bildirib ki, 2024-cü ildə COP29-un məhz Azərbaycanda keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi 2024-cü ilin ən vacib hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Bu, Azərbaycanın beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizədəki fəallığını və bu sahədəki liderlik rolunu daha da gücləndirir.

Səfir qeyd edib ki, Azərbaycan uğurla qeyd olunan qlobal tədbirə hazırlıq görüb və yalnız 10 ay ərzində məqsədlərini həyata keçirməyi bacarıb. COP29 çərçivəsində baş tutmuş Dünya Liderlərinin İqlim Fəaliyyəti Zirvəsi zamanı 34 yüksək səviyyəli tədbir, 250-dən çox xarici tərəfdaşın birgə təşkilatçılığı ilə ekologiya, maliyyə, investisiya, enerji, sülh, elm, texnologiya, qida təhlükəsizliyi, urbanizasiya və gender bərabərliyi kimi mövzular üzrə 100-dən çox tədbir keçirilib. Bu tədbirlərdə 198 ölkə təmsil olunub, 80 dövlət və hökumət başçısı olmaqla, 200-dən çox beynəlxalq təşkilat, 2000-dək QHT nümayəndəsi iştirak edib. COP29 çərçivəsində 14 qlobal və 7 regional təşəbbüs elan edilib.

Qismət Gözəlov vurğulayıb ki, COP29-un mühüm qərarlarından biri, 1,3 trilyon ABŞ dolları məbləğində yeni iqlim maliyyəsi hədəfinin müəyyən olunması olub. Bu çərçivədə 2009-cu ildə qəbul edilmiş 100 milyard dollarlıq maliyyə öhdəliyi üçqat artırılaraq, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər bu rəqəmi ən azı 300 milyard dollara çatdırması olub. Eyni zamanda, bütün tərəflərə iqlim tədbirləri üçün inkişaf etməkdə olan ölkələrə dövlət və özəl mənbələr hesabına illik maliyyə axınlarını ən azı 1,3 trilyon dollara yüksəltmək çağırışı olub.

Səfir Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə həm qlobal, həm də regional əməkdaşlıqda önəmli rol oynadığını da vurğulayıb. COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri və Türk Dövlətləri Təşkilatları çərçivəsində aparılan əməkdaşlıqların da önəmini qeyd edib. Qismət Gözəlov bildirib ki, COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpa olunan enerji sahəsində strateji tərəfdaşlıq razılaşması imzalanıb və Xəzər dənizi ilə Avropaya təmiz enerji ötürəcək kabel layihəsi həyata keçiriləcək. Bununla yanaşı, SPECA və CAREC proqramları çərçivəsində iqlim və innovasiya sahəsində Mərkəzi Asiya ölkələri üçün yeni əməkdaşlıq təşəbbüsləri də irəli sürülüb. COP29 çərçivəsində “Xəzər Evi Platforması” layihəsi də təqdim edilərək, memorandum imzalanıb.

Səfir Azərbaycanın COP29-a sədrliyi dönəmində iqlim məsələlərindəki mövqeyini daha da möhkəmləndirmək üçün təşəbbüsləri və səyləri davam etdirəcəyini qeyd edib.

Brifinq zamanı sinevizyon vasitəsilə COP29-da əldə olunan nailiyyətlər və xronoloji statistik məlumatları ətraflı əks etdirən videoçarx nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Fevral 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see793

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see440

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see311

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see291

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see275

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see272

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see270

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see252

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see243

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see239

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see236

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see235

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see235

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see231

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see229

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see215

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see213

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see210

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri