Icma.az
close
up
RU
COP29: “Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması”

COP29: “Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması”

Icma.az bildirir, Gununsesi portalına istinadən.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması” mövzusunda panel keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə Paris Sazişində qeyd olunan əsas məqsəd və ssenarilərə diqqət yetirilib, xalis sıfır emissiyalarına doğru qlobal keçid araşdırılıb.

Paneldə sənayelərin yeni enerji modellərinə necə keçdiyi və yaşıl texnologiyalara sərmayə qoyduğu barədə mövzular gündəmə gətirilib.

ADA Universitetinin professoru Damyan Krnyevik Miskoviçin moderatorluğu ilə keçirilən tədbirdə COP29-un baş icraçı direktoru Elnur Soltanov, “SOCAR Green” şirkətinin baş direktoru Elnur Musayev, Moldova Respublikası Energetika Nazirliyinin karbonsuzlaşdırma üzrə dövlət katibi Karolin Novak və Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos keçid dövrünün enerji sistemlərinin iqtisadi problemlərini, o cümlədən infrastruktur investisiyaları, siyasət dəyişiklikləri və texnoloji tərəqqini müzakirə ediblər.

Tədbirdə texnoloji və iqtisadi aspektlərlə yanaşı, ədalətli keçid ideyası əsas götürülərək enerji keçidinin sosial tərəflərindən bəhs olunub. Qeyd edilib ki, bütün icmaların dayanıqlı enerjiyə keçid prosesində iştirakını təmin etmək bərabər sosial inkişaf üçün çox vacibdir. Sessiyada enerji keçidlərinin yeni iş yerlərinin yaradılması, icmaların dayanıqlılığı və xüsusilə inkişaf etməkdə olan ölkələrdə hər kəs üçün təmiz enerjiyə çıxışın üsulları araşdırılıb. Tədbirdə, həmçinin enerjiyə çıxış, əlçatanlıq və keçid dövrünün sosial-iqtisadi təsirləri ilə bağlı problem və imkanlar müzakirə olunub, eləcə də xalis sıfır emissiyalı gələcəyə nail olmaq üçün inklüziv strategiyaların əhəmiyyəti vurğulanıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Noyabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri