Icma.az
close
up
RU
COP29da bərpa olunan enerjiyə dair Nazirlər Dialoqu keçirilib FOTOLAR

COP29da bərpa olunan enerjiyə dair Nazirlər Dialoqu keçirilib FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

COP29 çərçivəsində 2030-cu ilə qədər qlobal bərpa olunan enerji üzrə qoyuluş gücünün üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması məqsədilə investisiyaların genişləndirilməsinə dair yüksək səviyyəli Nazirlər Dialoqu keçirilib.

"Unikal" xəbər verir ki, tədbir hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və maliyyə institutlarının təmsilçilərini bir araya gətirərək əldə olunan irəliləyişləri nəzərdən keçirməyə, verilmiş öhdəlikləri yenidən vurğulamağa və bu hədəflərə çatmaq üçün əməkdaşlıq və investisiya qoyuluşu barədə müzakirələr aparmağa imkan yaradıb. Tədbirin açılış hissəsində energetika naziri Pərviz Şahbazov, BƏƏ-nin xarici işlər nazirinin enerji və davamlılıq üzrə köməkçisi Abdulla Balalaa, Avropa İttifaqının İqlim Dəyişikliyi üzrə komissarı Vopke Hoekstra, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Francesco La Camera çıxış ediblər.

Energetika naziri Parviz Şahbazov deyib: “Bu qlobal tədbir bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin ikiqat artırılması məqsədlərinə doğru irəlilədiyimiz mühüm bir mərhələni təmsil edir. COP29 isə bu vədlərin icrasına və irəliləyişinə təkan verən, sürətli enerji keçidi qarşısında duran maneləri aradan qaldırmağa yönələn qlobal səylərin yeni hərəkətverici qüvvəsidir. COP29 Sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsi kritik əhəmiyyət kəsb edir.

Bu təşəbbüsləri həyata keçirmək və enerji keçidində əsl dönüş yaratmaq üçün hər bir ölkənin, qurumun və sektorun güclü birliyi və dəstəyi labüddür. Gəlin, öz üzərimizə düşən məsuliyyəti tam olaraq yerinə yetirək, maliyyə və texnoloji imkanlarımızı səfərbər edək və gələcəyimiz üçün qətiyyətlə hərəkət edək”.

Nazir Azərbaycanın 2030-cu ilədək “yaşıl artım ölkəsi” və yaşıl elektrik enerjisi, yaşıl qazların tədarükçüsü kimi inkişaf prioritetlərinə uyğun olaraq bərpa olunan enerji potensialını milli və beynəlxalq miqyasda artıran ambissiyalı meqa layihələr də həyata keçirdiyini də bildirib: “2030-cu ilə qədər istismara veriləcək 2,250 MVt gücündə günəş və külək elektrik stansiyaları quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 35,5%-ə yüksəldəcək. Bu, yalnız 30%-lik hədəfimizin yenilənməsi deyil, eyni zamanda günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7 dəfədən çox artması deməkdir. Bu dövrdə əsas strateji hədəflərimizdən biri də 5 QVt əlavə enerji gücü yaratmaq və bu enerjinin “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə də Qazaxıstan və Özbəkistandan bərpa olunan enerjinin axını üçün “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizini
qurmaqdır. Bu regional yaşıl enerji dəhlizləri bir-biri ilə əlaqələndirilərək Avropaya yönəldildiyi təqdirdə, Azərbaycan 2030-cu ildə həm özünün, həm də Asiyadan Avropaya qədər geniş bir coğrafiyada ölkələrin yaşıl enerjiyə keçidinə və qlobal öhdəliklərin yerinə yetirilməsinə əhəmiyyətli töhfə vermiş olacaq”.

İştirakçılar, həmçinin COP29 Prezidentliyinin, əsas məqsədi bərpa olunan enerji istehsalını artırmaq olan “Qlobal Enerji Saxlama və Şəbəkələr” təşəbbüsünü müzakirə ediblər.

Açılış sessiyasından sonra tədbir “Bir il ərzində beynəlxalq birlik tərəfindən əldə edilən irəliləyiş” və “Maliyyə boşluğunun aradan qaldırılması” adlı panel müzakirələrlə davam edib.

Qeyd edək ki, tədbirdə 40-dan çox ölkə və təşkilatdan nümayəndə təmsil olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Noyabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri