Icma.az
close
up
RU
COP29da 2ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçirildi FOTO

COP29da 2ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçirildi FOTO

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

COP29 çərçivəsində Mədəniyyət əsaslı İqlim Fəaliyyəti sahəsində 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, tədbirdə iqlim dəyişikliyinin təkcə ekoloji deyil, həm də mədəniyyət əsaslı problem olduğu bildirilib. Eyni zamanda qeyd olunub ki, qlobal istiləşmənin yaratdığı fəsadlar tarixi-mədəni irsə ciddi şəkildə ziyan vurub. Bu ziyan nəticəsində Türk Dünyasının bir çox ölkələrində tarixi abidələr, mədəni irs məhv olmaq təhlükəsi ilə üzləşib.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bəyan edib ki, COP29 tərəflərə həm iqlim dəyişikliyi, həm də mədəniyyət sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir: “Bildiyiniz kimi, beynəlxalq ictimaiyyət COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyib. Biz özümüzün “Yaşıl enerji” gündəliyimizi inkişaf etdirməkdə maraqlıyıq. Bu tədbir bizə həm iqlim dəyişikliyi, həm də mədəniyyət sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir. Hazırda biz Dubay gündəliyinin uğurla davam etdirilməsi məqsədlərinə sadiqik. Eyni zamanda ölkəmiz UNESCO, ISESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlığızı davam etdiririk. Mədəniyyət pozitiv iqlim gündəliyinin irəlilədilməsində olduqca böyük əhəmiyyətə malikdir. Biz tarixən malik olduğumuz ənənələrin daha da inkişaf etdirilərək yayılmasında maraqlıdır”.

BƏƏ-nin mədəniyyət naziri Səlim bin Xalid Əl Qassimi isə bildirib ki, ölkəsi dünya miqyasında mədəni irsin qorunması istiqamətində həyata keçirilən bütün fəaliyyətləri dəstəkləyir: “Ötən il biz həm G7, həm də BRICS çərçivəsində mədəni irsin müdafiəsi istiqamətində bir sıra təşəbbüslərin şahidi olduq. Bura həm mədəni adaptasiya, həm də sözügedən təşkilatların üzvləri arasında dialoq tədbirləri də daxildir. Bu gün biz son dərəcədə məmnunuq ki, burada iştirak edən ölkələr arasında mədəni irs sahəsində geniş əməkdaşlıq mövcuddur. Biz bütün xalqları və dövlətləri mədəni irs nümunələrinin qorunması istiqamətində səyləri intensivləşdirməyə çağırırıq”.

Tədbir iştirakçılarına videomüraciəti yayımlanan Braziliyanın mədəniyyət naziri Marqaret Menezis mədəni irsin müdafiəsi üçün bütün resursların səfərbər edilməsini vacib sayıb.

O, həmçinin COP29-a ev sahibliyi edən Azərbaycanın zəngin mədəniyyəti barədə məlumatlı olduğunu diqqətə çatdırıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy söyləyib ki, 2020-2023-cü illərdə ölkəmizin mədəni irs nümunələrinin iqlim dəyişikliyinə adaptasiyası üçün önəmli işlər görülüb:

“İqlim dəyişikliyi mədəni irsimizə ciddi təsir göstərir. Bu risk hər zaman mövcud olsa da son dövrlər daha da artıb. 2021-ci ildə Türkiyə Paris İqlim Razılaşmasının tərəflərindən birinə çevirib. 2020-2023-cü illərdə ölkəmizin mədəni irs nümunələrinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib. Onu da qeyd etmək istəyirəm ki, Türkiyə həm COP29-un Azərbaycanda keçirilməsini dəstəkləyir və hər zaman Azərbaycanın yanındadır”.

Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov isə deyib ki, iqlim dəyişikliyi ilə mübarizə inklüzivlik və həssas yanaşma tələb edir: “Kyoto Protokoluna imza atan tərəflər qlobal iqlim təşəbbüslərinə sadiq qalmalıdır. Özbəkistan bu sahədə irəli sürülən bütün ideyaları qətiyyətlə dəstəkləyir. Qloballaşan dünyada ədəni irsimizin iqlim dəyişikliyinin fəsadlarından müdafiəsi son dərəcə zəruridir. Ətraf mühitin, təbiətimizin qorunması məqsədilə ölkəmizdə ciddi maarifləndirmə işləri həyata keçirilir. Bu işlərin arasında maarifləndirici videoçarxların nümayişi, eləcə də ölkəmizin teatrlarında bu sahədə tamaşaların hazırlanması da daxildir. İqlim dəyişikliyi məsələsi bu sahədə mədəni forumların təşkilini də zəruri edir. Hesab edirəm ki, adət-ənələrimizi yeni dövrün tələblərinə uyğunlaşdırıb iqlim dəyişikliyi sahəsində önəmli fəaliyyətlər həyata keçirmək mümkündür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri