Icma.az
close
up
RU
COP29 I Nazirlər Dialoqu keçirilib

COP29 I Nazirlər Dialoqu keçirilib

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, tədbir hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və maliyyə institutlarının təmsilçilərini bir araya gətirərək əldə olunan irəliləyişləri nəzərdən keçirməyə, verilmiş öhdəlikləri yenidən vurğulamağa və bu hədəflərə çatmaq üçün əməkdaşlıq və investisiya qoyuluşu barədə müzakirələr aparmağa imkan yaradıb.
Tədbirin açılış hissəsində energetika naziri Pərviz Şahbazov, BƏƏ-nin xarici işlər nazirinin enerji və davamlılıq üzrə köməkçisi Abdulla Balalaa, Avropa İttifaqının İqlim Dəyişikliyi üzrə komissarı Vopke Hoekstra, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Francesco La Camera çıxış ediblər.
“Bu qlobal tədbir bərpaolunan enerjinin üçqat, enerji səmərəliliyinin ikiqat artırılması məqsədlərinə doğru irəlilədiyimiz mühüm bir mərhələni təmsil edir. COP29 isə bu vədlərin icrasına və irəliləyişinə təkan verən, sürətli enerji keçidi qarşısında duran maneələri aradan qaldırmağa yönələn qlobal səylərin yeni hərəkətverici qüvvəsidir. COP29 Sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsi kritik əhəmiyyət kəsb edir. Bu təşəbbüsləri həyata keçirmək və enerji keçidində əsl dönüş yaratmaq üçün hər bir ölkənin, qurumun və sektorun güclü birliyi və dəstəyi labüddür. Gəlin, öz üzərimizə düşən məsuliyyəti tam olaraq yerinə yetirək, maliyyə və texnoloji imkanlarımızı səfərbər edək və gələcəyimiz üçün qətiyyətlə hərəkət edək”, - deyə energetika naziri Pərviz Şahbazov deyib.
Nazir Azərbaycanın 2030-cu ilədək yaşıl artım ölkəsi və yaşıl elektrik enerjisi, yaşıl qazların tədarükçüsü kimi inkişaf prioritetlərinə uyğun olaraq bərpaolunan enerji potensialını milli və beynəlxalq miqyasda artıran ambisiyalı meqalayihələr də həyata keçirdiyini də bildirib: “2030-cu ilə qədər istismara veriləcək 2,250 MVt gücündə Günəş və külək elektrik stansiyaları quraşdırılmış gücdə bərpaolunan enerjinin payını 35,5 faizə yüksəldəcək. Bu, yalnız 30 faizlik hədəfimizin yenilənməsi deyil, eyni zamanda Günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7 dəfədən çox artması deməkdir. Bu dövrdə əsas strateji hədəflərimizdən biri də 5 QVt əlavə enerji gücü yaratmaq və bu enerjinin “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə də Qazaxıstan və Özbəkistandan bərpaolunan enerjinin axını üçün “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizini qurmaqdır. Bu regional yaşıl enerji dəhlizləri bir-biri ilə əlaqələndirilərək Avropaya yönəldildiyi təqdirdə, Azərbaycan 2030-cu ildə həm özünün, həm də Asiyadan Avropaya qədər geniş bir coğrafiyada ölkələrin yaşıl enerjiyə keçidinə və qlobal öhdəliklərin yerinə yetirilməsinə əhəmiyyətli töhfə vermiş olacaq”.
İştirakçılar, həmçinin COP29 Prezidentliyinin, əsas məqsədi bərpaolunan enerji istehsalını artırmaq olan “Qlobal Enerji Saxlama və Şəbəkələr” təşəbbüsünü müzakirə ediblər. Açılış sessiyasından sonra tədbir “Bir il ərzində beynəlxalq birlik tərəfindən əldə edilən irəliləyiş” və “Maliyyə boşluğunun aradan qaldırılması” adlı panel müzakirələrlə davam edib. Qeyd edək ki, tədbirdə 40-dan çox ölkə və təşkilatdan nümayəndə təmsil olunub.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Noyabr 2024 00:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see332

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see281

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see238

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see229

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see226

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see224

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see223

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see219

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see212

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see209

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see206

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see202

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see193

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see193

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see189

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see188

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see169

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see165

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see164

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri