COP29da beynəlxalq aviasiyanın dekarbonizasiyasının son nailiyyətləri müzakirə olunacaq
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Urbanizasiya, Nəqliyyat və Turizm Günü çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçiriləcək.
Bu barədə Moderator.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, tədbir hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı dialoq aparmaq üçün bir araya gətirəcək.
Panel müzakirəsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün “Xalis Sıfır” (Net Zero) karbon emissiyasına nail olmaq məqsədini özündə ehtiva edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 12 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















