Icma.az
close
up
RU
COP29da hamı üçün layiqli əmək və sosial müdafiə mövzuları geniş müzakirə olunacaq

COP29da hamı üçün layiqli əmək və sosial müdafiə mövzuları geniş müzakirə olunacaq

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərəfdaşlığı ilə təşkil ediləcək tədbirlərdə müxtəlif ölkələrin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə insan inkişafı, yaşıl iş yerləri, hamı üçün layiqli əmək, sosial müdafiə mövzularında geniş müzakirələr aparılacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, noyabrın 18-də keçiriləcək “İqlimə dayanıqlı gələcək üçün insan inkişafına investisiya” üzrə yüksək səviyyəli görüş iqlim dəyişikliyinə davamlı gələcək üçün insan inkişafına sərmayə qoyuluşunda yaxşı təcrübələrin mübadiləsi, həmin sərmayələr üçün öhdəliklərin səfərbər edilməsi məqsədi daşıyacaq.
Nazirlərin, habelə müxtəlif ölkələrdən, BMT agentliklərindən və digər beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmi şəxslərin bir araya gələcəyi tədbirdə iqlimə dayanıqlı iqtisadiyyata keçidin əmək bazarına təsiri, insan kapitalının daha yaxşı sosial müdafiə və təkmilləşdirilmiş bacarıqlar vasitəsilə iqlim hadisələrinə dayanıqlılığının artırılması, insan inkişafının gücləndirilməsində təhsil, səhiyyə, iş və bacarıqlar arasında sinerji yaratmağın dəyərləri nəzərdən keçiriləcək.
 

Məhsuldar məşğulluq və hamı üçün layiqli əmək, sosial dəstək mexanizmləri, iqlimə davamlı gələcək üçün insan inkişafına sərmayələr qoyulması sahəsində səylərin səfərbər edilərək gücləndirilməsi prioritet mövzular kimi diqqətdə saxlanılacaq.


Həmin gün təşkil olunacaq “Yaşıl iş yerləri və bacarıqlar” adlı yüksək səviyyəli dəyirmi masada yaşıl iş yerləri üçün işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və məşğulluq, habelə həssas əhali qrupları üçün yaşıl iş yerlərinə çıxış imkanlarının yaradılması, bu sahələrdə əməkdaşlıq və daha önəmli sərmayə qoyuluşu əsas müzakirə predmeti olacaq.
“İnsan inkişafının davamlılığının qorunması: iqlim maliyyəsinin sosial müdafiə üçün səfərbər edilməsi” adlı tədbirdə isə iqlim maliyyəsinin həssas qruplardan olan insanlara necə dəstək ola bilməsinə, sosial müdafiənin roluna dair müzakirələr aparılacaq.
Noyabrın 20-21-də “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu”nun keçirilməsi də nəzərdə tutulur. Tədbirdə iqlim dəyişmələri və ədalətli keçid zamanı yaşıl iş yerləri, dayanıqlı müəssisələr və dairəvi iqtisadiyyat yanaşmalarını təşviq etmək üçün iqlim planlarının gücləndirilməsi, bu sahədə bilik və təcrübə mübadilələrinin aparılması məsələləri əhatə olunacaq. Habelə maliyyə mexanizmləri və enerji sektorunda Beynəlxalq Əmək Təşkilatının ekoloji dayanıqlı iqtisadiyyata ədalətli keçidə dair təlimatlarının tətbiqi və s. məsələlər müzakirə ediləcək.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Noyabr 2024 06:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see207

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see188

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see185

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see156

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see156

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see124

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri