COP29da iştirak edən media nümayəndələrinin sayı açıqlandı Yeni Çağ Media
Icma.az bildirir, Yenicag portalına istinadən.
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırda dünyanın diqqət mərkəzində duran əsas hadisələr sırasındadır. Beynəlxalq tədbiri öz mətbu orqanlarında işıqlandırmaq üçün dünyanın əksər ölkələrinin media qurumlarının təmsilçiləri Bakı şəhərindədir və 70 mindən çox tədbir iştirakçısının 3618 nəfəri media mənsubudur.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat COP29-un gündəlik mətbuat konfransında verilib.
Qeyd edilib ki, iştirakçıların növbəti böyük qismini isə beynəlxalq müşahidəçiləri (13 min 275 nəfər) təşkil edir. İştirakçı tərəflərin rəsmi təmsilçilərinin sayı isə 35 min nəfərə yaxındır.
www.yenicag.az
Baxış sayı:57
Bu xəbər 14 Noyabr 2024 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















