Icma.az
close
up
RU
COP29la əlaqədar Bakı metropolitenində qərargah fəaliyyət göstərəcək

COP29la əlaqədar Bakı metropolitenində qərargah fəaliyyət göstərəcək

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən bütün irimiqyaslı tədbirlərdə olduğu kimi, COP29 zamanı da Bakı metropolitenində qərargah fəaliyyət göstərəcək. Bakı metropoliteninin paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, COP29-un xüsusiyyətləri nəzərə alınmaqla, hazırlıqlar başa çatdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Bakı metropoliteninə istinadən xəbər verir.

Qeyd edilib ki, qərargahın fəaliyyətində əlaqələndirmə, situasiya mərkəzlərinin işi və işçi qrupların fəaliyyəti tənzimlənəcək. Burada təşkilati, kommunikasiya və bir sıra digər məsələlərlə bağlı məsul şəxslər müəyyən edilməklə tənzimlənmə mexanizmləri qurulub.

Əməliyyat planına uyğun olaraq, Bakı metropolitenində COP29 dövründə adi iş günlərində olan məsul növbətçilik qaydaları qüvvədə saxlanılmaqla əlavə tədbirlər müəyyən edilib. Əsas nəzarət sahələri və zonaları, digər qurumlarla əlaqələndirmə və aidiyyəti qurumların fəaliyyətinin təmin edilməsi, birgə fəaliyyətin qurulması qaydaları və məsul şəxslər qeyd olunub. Burada həm metropoliten, həm də stansiya üzrə mərkəzləşdirilmiş fəaliyyətin təmin edilməsi məqsədilə Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər qurumlarla sıx əlaqəli işlər aparılaraq, müvafiq şərait yaradılıb. Həmçinin “Bakı Metropoliteni” QSC üzrə stansiyaların rəhbər və işçi heyətinin iş rejimi müəyyən edilib. Bununla yanaşı, müxtəlif struktur və sahələrin rəhbərlərinin daxil olduğu əlavə nəzarət cədvəlləri təyin olunub.

Ümumilikdə, bütün işçi qrupların fəaliyyətinin “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasından idarə edilməsi istiqamətində təşkilati və texniki təchizat işləri yekunlaşdırılıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 06 Noyabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see122

Premyer Liqa: “Araz Naxçıvan” “Kəpəz”i məğlub etdi

09 Dekabr 2025 19:20see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri