Icma.az
close
up
RU

Gürcüstan Baş naziri: COP29un Azərbaycanda keçirilməsi region üçün əlamətdar hadisədir

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

COP29 konfransının ilk dəfə olaraq Cənubi Qafqaz ölkəsində, Azərbaycanda keçirilməsi region üçün əlamətdar hadisədir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze COP29 liderlərinin sammitində çıxışı zamanı bildirib.

Hökumət başçısı çıxışında iqlim dəyişikliyinin inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına ciddi ziyan vurduğunu qeyd edib.
“Cənab Prezident, xanımlar və cənablar! Gürcüstan adından sizə müraciət etmək mənim üçün böyük şərəfdir. Mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də konfransın sədri cənab Muxtar Babayevə və Azərbaycan Respublikası hökumətinə səmimi qonaqpərvərlik və konfransın Bakıda müstəsna uğurlu təşkilinə göstərdikləri töhfəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu tədbir əlamətdar hadisədir, çünki Cənubi Qafqaz regionu ölkəsi ilk dəfə olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının İştirakçılarının Konfransına ev sahibliyi edir. Azərbaycana bu istiqamətdə səmərəli və iddialı nəticələrin əldə edilməsində, danışıqlar prosesində əməkdaşlıq və konstruktiv dialoq ruhunun təşviqində uğurlar arzulamaq istərdim. Bu konfrans kritik bir vaxta təsadüf edir, çünki iqlim dəyişikliyi çağımızın ən aktual problemlərindən biri kimi ortaya çıxır və onun çoxşaxəli nəticələrini həll etmək üçün təcili qlobal fəaliyyət və əməkdaşlıq tələb edir. Təəssüf ki, bu yolda gedən silahlı münaqişələr nəinki ciddi humanitar böhranlara gətirib çıxarır, həm də qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərini əngəlləyir və ləngidir. İqlim dəyişikliyinin artan təsirləri, o cümlədən buzlaqların sürətlə əriməsi və dəniz səviyyəsinin qalxması inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını ciddi ziyan vurur və xüsusilə həssas ölkələrin və yerli icmaların yaşayış vasitələrini təhdid edir. Təəssüf ki, Gürcüstan da istisna deyil və iqlim dəyişikliyinin ağır nəticələri ilə üzləşir. Son illər insan hüquqları ilə ekologiya arasında əlaqə haqqında məlumatlılıq xeyli artıb”, - Baş nazir bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Noyabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri