Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

COP29un geosiyasi və siyasitarixi əhəmiyyəti

COP29un geosiyasi və siyasitarixi əhəmiyyəti

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

I MƏQALƏ

Postsovet məkanında ilk iqlim sammiti

Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin başlaması tarixi əhəmiyyəti olan hadisədir. İqlim dəyişmələri uzun müddətdir ki, bütün dünyanı narahat edir. COP tədbirləri də qlobal səviyyədə bəşəriyyəti gözləyən fəlakətlərdən xilas etmək naminə BMT miqyasında həyata keçirilən təşəbbüsdür. Dünyanın 196 ölkəsi Bakıda birgə səylərlə iqlim dəyişmələrinin vura biləcəyi zərərləri aradan qaldırmağı davamlı olaraq müzakirə edir.

Belə bir tədbirin Azərbaycanda keçirilməsi bir neçə baxımdan çox əhəmiyyətlidir. Birincisi, postsovet məkanı ölkəsi kimi bu hadisə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Bu barədə Prezident İlham Əliyev keçən ilin dekabrında fikir bildirmişdir. Dövlət başçısı demişdir: “Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfransı Azərbaycanda – Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişlər və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir”.

İkincisi, Azərbaycan bu nailiyyətə böyük zəhməti hesabına nail olmuşdur. Daxili və xarici sahələrdə əldə edilən uğurlar nəticəsində ölkəmiz böyük etibar qazanmışdır və ona etimad yüksəkdir. İlham Əliyev həmin məqamı dəqiq vurğulamışdır: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı”.

Üçüncüsü, BMT-nin bu qərarı yüksək səs çoxluğu ilə 2023-cü ildə keçirilən antiterror tədbirlərindən qısa müddət sonra almasının geosiyasi mənası böyükdür. Bununla faktiki olaraq BMT Azərbaycanın tarixi ədaləti bərpa, müasir dövlətçilik üçün prinsipial əhəmiyyət kəsb edən ərazi bütövlüyünü və suverenliyi tam təmin etdiyini dəstəklədiyini ifadə etmişdir. Bu məqamı dövlət başçısı İlham Əliyev xüsusi vurğulamışdır.

Dördüncüsü, müxətlif süni əngəllər törətməyə çalışanların olmasına baxmayaraq, Azərbaycan tədbiri yüksək səviyyədə keçirməklə faktiki imkanlarını və gücünü göstərmişdir. Bu məqam da beynəlxalq miqyasda Azərbaycanın müstəqil dövlət kimi imicini formalaşdıran mühüm cəhəti əks etdirir.

Nəhayət, COP29-un Azərbaycanda keçirilməsinin regional və qlobal təhlükəsizlik sistemi arxitekturasının formalaşdırılması, qarşılıqlı fayda verən əməkdaşlıq platformalarının reallaşdırılması aspektində ciddi stimulverirci hadisədir. Həmin özəlliyi Prezident İlham Əliyev diplomatik məharətlə tədbirdəki nitqində ifadə etmişdir. Dövlət başçısı demişdir: “İndi isə mən enerji təhlükəsizliyinin digər seqmenti haqqında bir neçə söz söyləmək istərdim. Bu da neft və qazla bağlıdır. Anlayıram ki, bu mövzu iqlim dəyişmələrinə aid konfransda o qədər də populyar deyil. Lakin bunsuz mənim şərhlərim tam olmazdı”.

Azərbaycan Prezidentinin bu fikri enerji təhlükəsizliyi məsələsinin milli təhlükəsizliklə sıx bağlılığını əfadə edir. Milli təhlükəsizlik özlüyündə geniş anlayışdır və XXI əsrdə ilk baxışdan bir-birindən uzaq olan iqlim dəyişikliyi ilə enerji təhlükəsizliyini də ehtiva etməsi günün reallığıdır. Çünki enerji hasilatı ekologiyaya təsir edir, bu isə iqlim dəyişikliyinə səbəb olur. Deməli, enerji strategiyası (istehsal+daşınma) birbaşa iqlimə, torpağa, suya, bütövlükdə, atmosferə ciddi təsir edən faktorlardandır. O halda lazımdır ki, bu sahədə fəal olan dövlətlər enerji istehsalı və daşınması ilə onun sərf edilməsi və sonucda bu mərhələlərin atmosferə təsirini kompleks müəyyən edə bilsinlər. Həmin əsasda real proqnozlar verə bilmək şansı meydana gəlir.

Real və əsaslı proqnozların verilməsi elmsiz mümkün deyildir. İndi alimlər və filosoflar iqlim dəyişikliyinin fənlərarası tədqiqatlarda öyrənilməsini bir zərurət kimi təqdim edirlər. Elmdə bunun üçün mütləq tərəqqiyə nail olmaq və yeni-yeni yanaşmalar formalaşdırmaq gərəkdir. Alimlər vurğulayırlar ki, hələlik bu istiqamətdə mühüm nailiyyətlər olmasa da, problemin həllinin gələcəyi məhz elmi yanaşmaların səmərəliliyi ilə bağlıdır. Bu da yekunda şüur məsələsidir.

Deməli, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, elm, sosial-iqtisadi fəaliyyət, mənəvi-əxlaqi dəyərlər sistem halında hər bir dövlətin milli təhlükəsizliyi aspektində vacib komponentlərdir. Bütövlükdə, insanın fərd kimi, cəmiyyətin kollektiv varlıq olaraq və dövlətin idarəedən əsas qurum kimi şüuri fəaliyyətində dəyişikliklər olmalıdır. İqlim dəyişikliyinin müsbət məcraya yönəldilməsi insan şüurunun dəişməsindən başlayır. İnsanın özünə, cəmiyyətə və dövlətə münasibətindən başlayır. Eyni zamanda, hər bir dövlətin iqtidarının cəmiyyətə, vətəndaşlarına və başqa dövlətlərə münasibətindən başlayır!

Bu reallıqların prizmasında Azərbaycan Prezidentinin incə diplomatik üsulla enerji təhlükəsizliyi ilə iqlim dəyişikliyi arasında daxili məntiqi bağlantı qurması yüksək zəkaya malik olmaqla yanaşı, strateji proqnozlaşdırma qabiliyyəti və böyük məsuliyyət hissini də ifadə edir.

COP29 iştirakçılarının tədbirin təşkili səviyyəsi ilə bağlı verdikləri qiymət Azərbaycan tərəfinin məhz yüksək intellektə malik və dünya üçün böyük məsuliyyət hissini yaşayan dövlət olaraq iqlim dəyişikliyi problemini həll etməkdə qərarlı olduğunu göstərir. Bir sıra dövlətlərin başçıları Azərbaycan Prezidentinin çox məzmunlu nitq söylədiyini və buna görə cənab İlham Əliyevi və onun hökumətini təbrik etdiklərini bildirmişlər.

Şimal–Cənub, Qərb–Şərqin qovşağı

Prezident İlham Əliyev tədbirin açılış mərasimində söylədiyi nitqdə belə bir maraqlı fikir irəli sürmüşdür. Demişdir ki, “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.

Bu fikirlərdə bir neçə məqamın məharətli fəlsəfi və siyasi-nəzəri ifadəsi yer almışdır. Birincisi, Azərbaycan coğrafi olaraq Şimal ilə Cənub və Qərb ilə Şərqin qovuşduğu ölkə kimi təbii olaraq birləşdirici rol oynaya bilər. Bu barədə hələ keçən əsrin 90-cı illərində Z.Bzejinski və S.Hantinqton da fikir bildirmişlər. Qərbin tanınmış geostrateqləri və analitikləri Azərbaycanı geosiyasi və coğrafi olaraq Qərblə Şərqi birləşdirən “körpü” kimi qiymətləndirmişlər. Ancaq, bu, təbiətdən gələn “hədiyyədir”.

Buna görə də, ikincisi, həmin potensialın reallığa çevrilməsi üçün dövlətin müvafiq fəaliyyəti gərəkdir. Həmin məqamı Prezident İlham Əliyev sonrakı fikrində lakonik ifadə etmişdir: “bu, təkcə coğrafiya ilə bağlı deyil”!

Azərbaycan Prezidenti həmin iki mühüm məqamdan üçüncü vacib faktoru məntiqi olaraq alır. Bu, dövlət başçısının dövlətin fəaliyyətinin konkret istiqamətlərini ifadə etməsində əksini tapmışdır. Yəni, üçüncüsü, “biz (Azərbaycan rəhbərliyi- F.Q.) müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik”.

Körpülər

COP29-un vəzifələri kontekstində Prezidentin vurğuladığı hər bir istiqamətin xüsusi əhəmiyyəti vardır. Məsələ ondan ibarətdir ki, iqlim dəyişikliyi ilə mübarizə ilk növbədə şüur hadisəsi olduğundan dövlətlər miqyasında, bu, hakimiyyətlərin qarşılıqlı koordinasiyalı, konstruktiv və ekoloji aspekti ciddi nəzərə alan fəaliyyət göstərmələrini tələb edir. Həmin kontekstdə siyasi, mədəni, enerji, ticari və nəqliyyat sferalarının sıx əlaqəli və harmonik inkişaf etdirilməsi zərurəti yaranır.

Sözdə həmin tezisi ifadə etmək asandır, lakin, bu, müasir dünyanın geosiyasi ziddiyyətləri və riskləri fonunda kifayət qədər usta siyasi-diplomatik fəaliyyət kursunu yaratmağı tələb edir. Azərbaycan rəhbərliyi məhz bu bağlılıqda çox səmərəli və nəticəverici kurs həyata keçirməkdədir. COP29 kontekstində vurğulanan istiqamətlərin hər birinə ayrıca baxaq.

Siyasi istiqamət

İndi konstruktiv siyasi kursda regionlararası və qlobal miqyasda müsbət nıəticəverici xətti müəyyən etmək çox mürəkkəb işdir. Çünki müxtəlif tərəflərdən lazımsız və dağıdıcı təsirlər olur. Bir sıra hallarda həmin təsirləri dünyanın böyük gücləri göstərirlər. COP kontekstində burada bir paradoksun olduğu açıq görünür. Çünki bir tərəfdən, atmosferi daha çox çirkləndirən və buna görə də qlobal ekoloji mühiti mənfiyə doğru dəyişən ölkələr ilk növbədə böyük istehsal gücünə malik dövlətlərdir. Eyni zamanda, məhz onların şəxsi ambisiyaları ucbatından regionlarda və regionlararası miqyasda konstruktiv siyasət yeritmək çox çətinləşir. Böyük dövlətlər əksər hallarda başqalarının uğurlu olmasına qısqanclıqla yanaşırlar.

Cənubi Qafqaz bunu əyani gördü. Azərbaycan sürətlə inkişaf edən dövlət kimi regional lider olanda onu qəbul etmək istəmədilər. Hətta yaxın qonşular sırasında belə qısqanclıqla yanaşanlar oldu. Bəziləri Azərbaycanın müstəqil dövlət kimi formalaşa bilmədiyini, “onu bir neçə günə işğal edə biləcəklərini” və “Azərbaycan regiona düşmənləri gətirdiyini” iddia edirdilər. Qərb isə bütövlükdə, Azərbaycan Respublikasının mənfi imicini yaratmağa çalışırdı.

İkinci dalğa II Qarabağ müharibəsindən sonra başladı. Bu zaman Azərbaycanın qələbəsinin, ümumiyyətlə, regiona geosiyasi faydası olmadığı haqqında danışmağa başladılar. Detallara getmədən onu deyək ki, bu cür mürəkkəb şəraitdə Azərbaycan çox konstruktiv xarici siyasət yeridə bildi, regionun lideri olaraq əməkdaşlıq və təhlükəsizlik platformalarını nümunə kimi irəli sürdü. Bu, nəyin sayəsində mümkün oldu? Bu sualın cavabı birdir: müstəqil siyasətin! Azərbaycan Respublikasının rəhbərliyi tam müstəqil daxili və xarici siyasəti ilə regionlararası miqyasda siyasi aspektdə gerçəkdən çox sayda dövlət üçün, bütövlükdə Qərblə Şərqi və Şimalla Cənubu birləşdirən təhlükəsizik və əməkdaşlıq körpüsü oldu.

Siyasi aspektdə əldə edilən bu uğur Prezidentin siyasi və diplomatik məharətinin birbaşa nəticəsidir. Bununla yanaşı, bu nailiyyətin təməlində ulu öndər

Heydər Əliyevin çox düzgün müəyyən etdiyi dövlət quruculuğu kursunun fəlsəfəsi və siyasi varisliyə tam əməl edilməsi dayanır. Həmin bağlılıqda bir daha Heydər Əliyevin “Bir millət, iki dövlət” və “Fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamlarının geniş, dərin, yaradıcı, birləşdirici, qurucu və təhlükəsizliyi təminedici potensialını görmək lazımdır. Prezident İlham Əliyev bu kəlamların məna və məzmunlarından çıxış edərək sürətlə dəyişən geosiyasi, hərbi, iqtisadi, ekoloji situasiyalarda optimal faydalı xətti seçə bilmişdir. Bunların sayəsində COP29-un siyasi təminatı mümkün olmuşdur!

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri