Icma.az
close
up
RU
COP29un sədri kimi Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq ŞƏRH AZƏRTAC

COP29un sədri kimi Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq ŞƏRH AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 noyabr, AZƏRTAC

Bakı yenidən dünyanın diqqət mərkəzinə düşdü. Qlobal iqtisadi layihələrin reallaşdığı, Avropanın enerji xəritəsinin cızıldığı Azərbaycanda bu dəfə dünya liderləri iqlim fəlakətlərindən xilas yollarını axtardılar. İlk növbədə, onu qeyd edək ki, dünyanın nüfuzlu konfransının məhz Azərbaycanda keçirilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsi idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, beləliklə, tarixi an baş verdi. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Prezident İlham Əliyev ənənəvi olaraq açılış mərasimindəki çıxışında mühüm mesajlarla dünya gündəminin diqqət mərkəzinə düşdü. Ölkə prezidenti ilk növbədə 196 ölkənin COP29-un Bakıda keçirilməsi ilə bağlı yekdil qərarının Azərbaycana hörmət əlaməti və beynəlxalq aləmdə fəal rolumuzun qiymətləndirilməsi olduğunu vurğuladı. Heç kimə sirr deyil ki, Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə seçilməsi ilə paralel olaraq Bakı koordinasiyalı qarayaxma kampaniyasının hədəfinə çevrildi. Bunun fonunda özlərini müstəqil adlandıran bir sıra QHT və siyasətçilər Azərbaycan haqqında daha çox dezinformasiya yaymaq üçün bir-biri ilə rəqabət apardılar. Prezident çıxışında xarici mediadan, beynəlxalq strukturlardan, belə deyək, “vətəndaş” birliklərdən bəzi qüvvələrin, əslində, müstəqil olmadığını çox aydın şəkildə qeyd etməklə bildirdi ki, rəsmi Bakı istənilən anti-Azərbaycan təxribatlarına, o cümlədən dünya geosiyasətinin ideoloji aspektlərinə hazırdır. Ona görə də istənilən sahədə, istər diplomatik, istər siyasi-iqtisadi, istər hərbi, istərsə də mədəni-tarixi sahədə Bakıdan həmişə dərhal əhəmiyyətli cavab gəlir. Üstəlik, azərbaycanofoblara ciddi reaksiya ölkədə müəyyən böyük forumların uğurla keçirilməsi prizmasından keçir. Bu da qərəzli qüvvələrin səylərini mənasızlaşdırır.

Onun sözlərinə görə, ümumiyyətlə, bu vəziyyət bizim üçün yeni deyil. Məsələn, Avroviziya-2012 və Birinci Avropa Oyunlarında, eləcə də digər böyük beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində və sonra Azərbaycan bədnam qüvvələrin qarayaxma kampaniyası ilə üzləşmişdi. Lakin Azərbaycan hər iki tədbiri yüksək səviyyədə keçirməklə bütün bu şər və böhtanlara layiqli cavab vermişdi. Prezident İlham Əliyev BMT-nin mötəbər tədbirində Azərbaycana qarşı köklənən qüvvələrə bir daha layiqli cavab verərək ölkəmizə qarşı belə oyunların mənasız olduğunu bir daha diqqətə çatdırdı.

Bədxah qüvvələrin gözlədiyinin əksinə olaraq, dünya Bakıya toplandı - 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçı boykot tərəfdarlarını məyus etdi.

Prezident COP29 tribunasından ölkəmizin iqtisadi qüdrətindən danışaraq bəyan etdi ki, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Eyni zamanda işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerjinin inkişafı, Günəş və külək enerjisi layihələri ilə bağlı fəal işlər gedir. Bütövlükdə, yaşıl enerji istehsalı ölkəmizin enerji strategiyasının əsas istiqamətlərindən biridir.

Prezident məzmunlu çıxışında ölkələrə verilən meyarlara da toxundu. Ölkə başçısı nitqində Azərbaycanın bir çox iqtisadi parametrlərə görə yüksək nəticələrə malik olduğunu bildirərək xüsusi qeyd etdi ki, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməməlidir. Təbii sərvətlərin insanlara lazım olduğunu vurğulayan Prezident İlham Əliyev çıxışında bəyan etdi ki, COP29-un sədri kimi Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq.

“Beləliklə, qlobal iqlim təhlükəsizliyi konfransının Liderlər Sammitinin açılış mərasimində nəyi, necə, nə vaxt etmək lazım olduğunu daha yaxşı bilən Prezident İlham Əliyev yaşıl gündəliyi ilə qlobal səylərə töhfələr verən ölkəmizin uğurlarını həzm edə bilməyən Qərbin yalan xəbərlər tirajlayan media ittihamçılarına, baykotçulara yerini göstərdi. Azərbaycan lideri həm də onu sübut etdi ki, ölkəmiz yalnız iqlim fəsadları və onun yaşatdığı problemlərin deyil, həm də ikili standartlar siyasətinin qurbanına çevrilmiş ölkələrin, xalqların, bir sözlə bəşər övladının taleyindən narahatdır. Dünyanı iqlim dəyişmələri ilə paralel, ikili siyasətin fəsadlarından da qorumağın vaxtı çatıb. Bəşəriyyət COP29-dan həm də bu qətiyyəti gözləyir!”, - deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri