Icma.az
close
up
RU
COP29un tarixi uğuru: karbon bazarına “yaşıl işıq”

COP29un tarixi uğuru: karbon bazarına “yaşıl işıq”

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda keçirilmiş COP29-da əldə edilən tarixi uğur İqlim üzrə Paris sazişinin 6-cı maddəsinin tam razılaşdırılması olub.

“Report” xəbər verir ki, 10 ilə yaxın bu maddə üzrə aparılan danışıqlar heç bir nəticə vermirdi və bununla da iqlim dayişiklikləri ilə mübarizəyə əlavə vəsait cəlb edilməsinə mane olurdu.

Ötən il Dubayda keçirilən COP-28 zamanı Paris sazişinin 6.4 maddəsinin razılaşdırılmasına böyük ümidlər bəslənilsə də, bu mümkün olmadı. Bakıda isə tərəflər Sazişin 6.2, 6.4 və 6.8 maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tam nəzarəti altında fəaliyyətinə yaşıl işıq yandırdı.

Altıncı maddə ümumiyyətlə ölkələr arasında mitiqasiya tədbirlərinin nəticələrinə dair əməkdaşlıq edilməsini nəzərdə tutur. Dövlətlər karbon qazlarının emissiyasının azaldılması və bu qazların meşələr vasitəsilə emal edilməsi üzrə həyata keçirdikləri tədbirləri barədə bir-birinə hesabat verməli, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrində (NDC) bunu göstərməlidirlər.

Paris Sazişinin 6.4-cü maddəsi iqlim fəaliyyətinə dair hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının yaradılması, karbon kreditlərinin verilməsini nəzərdə tutur. Artıq dövlətlər ikitərəfli deyil, UNFCCC-nin cəlb olunması və nəzarəti ilə əməkdaşlığı həyata keçirəcək, bir-birlərinə karbon kreditləri sata biləcəklər.

Bu mexanizm çərçivəsində hər bir dövlətin illik karbon qazı emissiyası norması müəyyənləşəcək. Normadan az CO2 qazını emissiya edən dövlətə istifadə etmədiyi payı normalardan artıq karbon qazı buraxan dövlətlərə satmağa imkanı yaradılacaq. Misal üzərində bunu izah etsək, deyə bilərik ki, məsələn, BMT Azərbaycana illik maksimum 500 ton CO2 qazı emissiyası norması müəyyən edir. Azərbaycanda daha çox “yaşıl enerji”dən istifadə edildiyi üçün ildə 400 ton karbon qazı atmosferə buraxılır. Qalan 100 ton kvotanı isə Azərbaycan istənilən dövlətə sata bilər. Üzərinə düşən normadan artıq emissiya edən dövlətlər bu kvotaları əldə edə bilərlər.

Əsasən inkişaf etmiş ölkələrin daha çox karbon qazı emissiyasını, müəyyən edilmiş normaların onları qane etməyəcəyini nəzərə alsaq, bu mexanizm inkişaf etməkdə olan və kasıb ölkələrə əlavə vəsaitin cəlb edilməsinə imkan yaradacaq. Bütün əməliyyatlar sırf BMT-nin nəzarəti altında həyata keçiriləcək.

Sazişin 6.8-ci maddəsi isə qeyri-bazar yanaşmasını nəzərdə tutur. Bu maddə ilə tərəflər mitiqasiya, adaptasiya, maliyyə, texnologiyanın ötürülməsi və bir sıra digər məsələlər daxi olmaqla, milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) həyata keçirilməsində əməkdaşlıq ediməsini nəzərdə tutur. Bura meşə sahələrinin artırılmasına kömək göstərilməsi, yeni texnologiyaların verilməsi və sair daxildir.

Ümumiyyətlə, 6-cı maddənin razılaşdırılması artıq ölkələrə öz NDC-lərini müəyyənləşdirməyə imkan verəcək. Bundan başqa, qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tədbirlərini tənzimləyə biləcəklər.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Noyabr 2024 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri