Substansiya filminin ulduzu üç illik evliliyini bitirir
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Substansiya" filminin ulduzu, amerikalı aktrisa Marqaret Kuolli və "Qremmi" mükafatı laureatı, musiqi prodüseri və "Bleachers" qrupunun solisti Cek Antonoff üç illik evlilikdən sonra boşanırlar.
Oxu.Az xəbər verir ki, bu barədə ABC müvafiq məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Aktrisa Nyu-York ştatının Bruklin şəhərində yerləşən Kinqs dairəsinin Ali Məhkəməsinə boşanma ərizəsi təqdim edib. Boşanma iddiası mübahisəsiz hesab olunur, Antonoff isə iş üzrə cavabdeh kimi göstərilib.
Aktrisa və musiqiçi 2021-ci ildə münasibətə başlayıblar, 2023-cü ilin avqustunda isə evləniblər. Onların ayrılması barədə ilk məlumatlar iyul ayında yayılıb.
32 yaşlı Kuolli "Bir zamanlar Hollivudda" filmindəki rolu ilə də tanınır. 42 yaşlı Antonoff isə 14 dəfə "Qremmi" mükafatına layiq görülüb. O, mahnı müəllifi və prodüser kimi Teylor Svift, Lana Del Rey və Sabrina Karpenterlə əməkdaşlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 01 Noyabr 2026 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















