COP30 un ilk günündə uşaqlar və gənclər iqlim müzakirələrinin mərkəzində oldular
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 11 noyabr, AZƏRTAC
Braziliyanın Belen şəhərində keçirilən COP30 sammitinin ilk günü uşaqlar və gənclərin iştirakı ilə bağlı məsələlər diqqət mərkəzində olub.
“Uşaqlar və İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun nazirlər görüşü zamanı iştirakçılar uşaqyönümlü iqlim siyasətləri və maliyyələşdirmə mexanizmlərinin gücləndirilməsi mövzusunda müzakirələr aparıblar.
AZƏRTAC xəbər verir ki, görüş UNICEF-lə birgə təşkil edilib və təşkilat tədbirdə Qlobal Uşaq Riskləri Bazası (Global Child Hazard Database) adlı yeni məlumat platformasını təqdim edib. Bu baza ölkələrə uşaqyönümlü milli iqlim siyasətlərinin və yeni nəsil iqlim planlarının (NDCs 3.0) hazırlanmasında dəstək göstərməyi hədəfləyir.
Tədbirdə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev də iştirak edib.
Yalçın Rəfiyev çıxışında vurğulayıb ki, COP29-un gənclərin və uşaqların iştirakı üzərində qurulan irsi gələcək sammitlər üçün mənalı iştirak modelinə çevrilib.
Baş danışıqçı qeyd edib ki, COP29 Sədrliyinin Gənclər üzrə İqlim Çempionu və UNICEF arasında qurulan əməkdaşlıq nəticəsində uşaqyönümlü iştirakın təşviqi, gənclərin liderliyi ilə həllərin irəli çəkilməsi və iqlim qərarlarında uşaqların səsinin eşidilməsini təmin edən mühüm platforma yaranıb.
Bu əməkdaşlıq iqlim siyasətlərində hər bir uşağın görülməsi, eşidilməsi və qorunması prinsipini möhkəmləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 11 Noyabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















