Icma.az
close
up
RU
Malini Mehra: Gənclər iqlim müzakirələrinin önündə olmalıdırlar MÜSAHİBƏ

Malini Mehra: Gənclər iqlim müzakirələrinin önündə olmalıdırlar MÜSAHİBƏ

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 oktyabr, Pərvanə Qafarova, AZƏRTAC

Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsi regionda iqlim çağırışları və həlləri ətrafında geniş müzakirələrə meydan açır. Tədbirin kuratoru Malini Mehra AZƏRTAC-a məxsusi müsahibəsində builki proqramın əvvəlkindən daha geniş və maraqlı olduğunu vurğulayıb. O, gənclərin prosesdə əsas söz sahibi olduğunu, incəsənət və yaradıcılığın isə iqlim mövzularına yeni yanaşma gətirdiyini qeyd edib.

– Malini xanım, əvvəlcə özünüz və bu tədbirdəki rolunuz haqqında məlumat verməyinizi istərdik...

– Mən Malini Mehrayam, Bakı İqlim Fəaliyyəti Həftəsinin kuratoruyam. Bu rolu ötən ildən daşımaq mənim üçün böyük şərəfdir. Bu isə artıq ikinci Bakı İqlim Fəaliyyəti Həftəsidir, tədbir daha böyük və maraqlıdır.

– İlk dörd gün artıq geridə qalır, tədbir necə keçir?

– Həftənin ilk günlərindən başlayaraq müxtəlif mövzularda maraqlı müzakirələr aparılır. Mən dünən də panellərdə iştirak etdim, sonuncu panel isə iqlim fəaliyyəti sahəsində qadınların liderliyinə həsr olunub. Bu, həftənin ortasında keçirilən çox vacib sessiya idi və insanlara qadınların və qızların iqlim dəyişikliyinə dair həllərin tapılması prosesində mütləq iştirak etməli olduğunu bir daha xatırlatdı.

– Bəs bu günün proqramı nəyi əhatə edir?

– Bu gün artıq dördüncü gündür və gündəmi gənclər götürüb. Enerji keçidi və innovasiyalarla bağlı böyük mövzular müzakirə olunur. Eyni zamanda, incəsənətin davamlılıq və innovasiyadakı roluna da diqqət yetirilir. Heydər Əliyev Mərkəzində çox gözəl sərgi təşkil olunub və bu gün qalibləri müəyyənləşdirəcək peşəkar münsiflər heyəti var. Amma tədbirlər təkcə orada deyil, digər yerlərdə də keçirilir. Məsələn, kənd təsərrüfatına dair dəyirmi masalarda dərin müzakirələr aparılır. Lakin bu günün əsas diqqət mərkəzində gənclərdir - onların müzakirələrə qoşulması, həll yolları irəli sürməsi, qərar qəbul edənləri məlumatlandırması və elə özlərinin də qərarverici mövqedə olmasıdır. Çünki sonda məhz onlar iqlim dəyişikliyinin yaratdığı çətinliklərlə üz-üzə qalacaqlar.

– COP29 ilə müqayisədə bu il hansı yeniliklər var?

– Ötən il COP29-a hazırlıq və məlumatlılıq yaratmaq əsas məqsəd idi. Bu il isə artıq COP29-un irsinin bir parçasıdır. COP29 tarixdə ən yaxşı təşkil olunmuş COP oldu və bir çox qalıcı irslər qoydu. Bakı İqlim Fəaliyyəti Həftəsi də həmin irslərdən biridir. Ümid edirik ki, bu, illik ənənəyə və region üçün iqlim həllərinin əsas mərkəzinə çevriləcək. Azərbaycan yaşıl keçid sahəsində, xüsusən də enerji, kənd təsərrüfatı və su məsələlərində liderlik edir.

– Bu il diqqət çəkilən yeni istiqamətlər hansılardır?

– Bu il yeni sahələrə də diqqət yetiririk. Məsələn, ən yenisi moda və tekstil sahəsidir. Azərbaycan pambıq və ipəyin – çox vacib təbii parça növlərinin böyük istehsalçısıdır. Çox dinamik tekstil sənayesi mövcuddur. Azərbaycanın unikal xüsusiyyəti ondadır ki, uzun beynəlxalq təchizat zəncirlərindən asılı deyil. Bu səbəbdən də Azərbaycanın moda və tekstil dünyasının özünəməxsus cəhətləri var və biz onların davamlı keçidini dünyaya tanıtmaq, təbliğ etmək istəyirik.

– Bu il əvvəlkilərdən fərqli olaraq hansı yanaşmalar tətbiq olunur?

– Fərqli yanaşmalardan biri incəsənət və yaradıcılığın müzakirələrə daxil edilməsidir. Keçən il biz məşhur rəssam və fotojurnalist Rezanın əsərlərindən ibarət möhtəşəm sərgi keçirmişdik və gənclər onun işlərinə öz baxışlarını təqdim etmişdilər. Bu il isə tamamilə gənclərə həsr olunub – onların iqlim çağırışlarını incəsənət və yaradıcılıq vasitəsilə necə şərh etdiklərinə. Buna görə də biz bu il “davamlı innovasiya sərgisi” təşkil etmişik və bunu gənclər hazırlayıblar. Bakı İqlim Fəaliyyəti Həftəsinin gənclər komandası, COP29-un Gənclər üzrə Çempionu Leyla Həsənovanın rəhbərliyi altında bu sərgini özləri təşkil ediblər. Biz onlarla işləməkdən, onların ərsəyə gətirdikləri işlərdən qürur duyuruq və hər kəsi bu gözəl incəsənət əsərlərinə baxmağa dəvət edirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri