Coratda qətlə yetirilən Şəhanə üç il əvvəl ailə qurubmuş Hadisə yerindən görüntülər
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıtın Corat qəsəbəsində baş verən dəhşətli qətl hadisəsinin detalları məlum olub.
Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, 31 yaşlı Şəhanə İmanova həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov tərəfindən qətlə yetirilib.
Hadisə şahidləri baş verən qətl hadisəsi barədə danışıblar:
"Gəldi uşağı təhvil verməyə. Ondan sonra girdi içəri. Uğura dedi ki, gəl səni öpüm. Sonra əyilib xalamın başından tutdu. Biz həmin vaxt mətbəxə keçdik. Sonra gördüm ki, nəsə qışqırıq səsləri gəlir. Xalamın boynunu, qolunu yarmışdı. Bizə dedi ki, gedin, yoxsa sizi də bıçaqlayacağam. Biz də qaçdıq ki, qonşulara deyək, 103-ə zəng vuraq".
Qətlə yetirilən qadının anası bildirib ki, övladı 3 il əvvəl ailə qurub.
"Üç gündən bir qızımı hədələyirdi", - mərhumun anası deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 02 Oktyabr 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















