Corc Dikdən Azərbaycanla bağlı paylaşım
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mən məzuniyyətə çıxarkən özümlə təkcə xatirələri deyil, həm də ümidimi daşıyıram. Əlaqələrimiz bundan sonra da inkişaf edəcək və Yaxın Şərqdə, Cənubi Qafqazda və ondan kənarda sülh hökm sürəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanda diplomatik fəaliyyəti başa çatan İsrail səfiri Corc Dik “X” hesabında bildirib.
O, İsrail səfiri kimi missiyasını başa vurarkən vida söhbəti üçün bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdüyünü bildirib: “Mən ona və XİN komandasına son 6 il ərzində göstərdikləri əməkdaşlığa, etimada və dostluğa görə dərin minnətdarlığımı bildirdim. Bu illər ərzində əlamətdar məqam 2023-cü ildə Azərbaycanın İsraildə Səfirliyinin açılması oldu - bu, tərəfdaşlığımızın artan dərinliyini əks etdirən tarixi addımdır”.
Xatırladaq ki, İsrail bu ilin yanvarında Ronen Krausu Azərbaycana yeni səfir təyin edib.
Baxış sayı:92
Bu xəbər 23 İyul 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















