Icma.az
close
up
RU
Yağın qiymətində 14 ay ardıcıl bahalaşma olub İqtisadçı

Yağın qiymətində 14 ay ardıcıl bahalaşma olub İqtisadçı

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Xəbər verdiyimiz kimi, son aylarda yağların qiymətində artım müşahidə olunur. İstər kərə, istərsə də duru yağların qiymətində bahalaşma qeydə alınıb. Bir-iki ay əvvəl 19 manat 30 qəpiyə təklif edilən 1 kiloqramlıq kərə yağı hazırda 22 manat 90 qəpikdir. Satıcıların sözlərinə görə, təkcə yanvar ayı ərzində qiymətlər 5-6% artıb.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a açıqlamasında bildirib ki, dünya bazarında baş verən proseslər yerli bazara da təsirsiz ötüşməyib. Onun sözlərinə görə, BMT Dünya Ərzaq Təşkilatının ərzaq qiymətləri indeksinə əsasən, 2024-cü il ərzində süd və ağartı məhsullarının qiymətində davamlı artım qeydə alınıb:


“İl ərzində 17 faiz yüksəlmə müşahidə olunub. Bu indeksin ən çox yüksəlməsinə səbəb isə yağ qiymətləri olub. Yağ qiymətlərinə baxanda isə ötən ilin dekabrı istisna olmaqla, ardıcıl 14 ay ərzində bahalaşma qeydə alınıb. Bu, həm MDB məkanı, həm də Qərbi Avropa həm də Azərbaycan bazarında mühüm rol oynayan Okeaniya, Yeni Zelandiya və Avstraliyada qiymətlərin bahalaşması fonunda baş verib. Əsas səbəb yağ məhsuluna olan tələbatın artması ilə əlaqədar birjalarda qiymətlərin yüksəlməsi olub”.

X.Kərimlinin sözlərinə görə, Azərbaycan bazarında qiymətlərin formalaşmasında idxal mühüm rol oynayır:

“Hətta yerli yağ istehsalçıları üçün də əsas inqrediyentlər xaricdən idxal olunur. Azərbaycanın yağ bazarında qiymətlər əsasən, MDB məkanından, xüsusilə Rusiya və Belarusdan, həmçinin Qərbi Avropa ölkələrindən və Okeaniya zonasından idxal edilən kənd təsərrüfatı məhsullarının hesabına formalaşır.”

Ekspert bildirir ki, dünya bazarında qiymətlərin artması daxili bazarda da yağ məhsullarının qiymətinin yüksəlməsinə kəskin təsir göstərib:

“Hazırda bazarda ən azı 20-25 faizlik qiymət artımı müşahidə olunur. Ötən ilin dekabrında isə yağ bazarında qiymət artımı dayanıb. İndiki rəqəmlər göstərir ki, dünya bazarında yağ qiymətlərinin artmasında iki mərhələdə fasilə yaranıb. Təbii ki, bu, müəyyən korreksiyalardan sonra bizim bazarda da qiymət artımının dayanacağını gözləməyə əsas verir. Bu baxımdan, yağ bazarında tədricən stabilləşmə müşahidə edəcəyik”.

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Fevral 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri