Icma.az
close
up
RU
İqtisadçı: Sentyabra doğru çörəyin qiymətində bahalaşma baş verə bilər

İqtisadçı: Sentyabra doğru çörəyin qiymətində bahalaşma baş verə bilər

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Mayın 5-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, aprelin 28-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.


İqtisadçı-ekspert Asif İbrahimov Sherg.az-a bildirib ki, Azərbaycanda un məmulatları taxıl və buğdadan əldə olunan məhsullardır: 


“Azərbaycan qidada istifadə olunan buğdanın 50 faizdən artıq hissəsini Rusiya, Ukrayna və Qazaxıstandan tədarük edirdi. Ən böyük tədarükçümüz isə Rusiyadır. Ümumiyyətlə, Rusiya və Ukrayna müharibəyə qədər dünyanın 25 faiz taxıl tələbatını ödəyən ölkələr idi. Bu iki ölkə arasında da hazırda müharibə var. 2022-ci ildən bu günə kimi buğdanın qiymətində artan dinamika üzrə bir çox dəyişikliklər baş verdi. Çünki Rusiya və Ukrayna savaşır. Müharibədə isə təbii ki, taxıldan buğda məmulatlarından daha çox istifadə olunur. Həmçinin dünyada ümumi baş verən bahalaşma tendensiyası Rusiyadan da yan keçmədi. Rusiya ixrac etdiyi ölkələrə hər tona görə əlavə gömrük rüsumları tətbiq etdi və bu da maya dəyərinə öz təsirini göstərdi. Bununla yanaşı, Qazaxıstanda taxıl və buğda o qədər ucuzdur ki, ətraf ölkələr özləri əkmirlər gedib Qazaxıstandan alırlar. Azərbaycanda daxili tələbatın hamısını yerli istehsal bahasına təmin edə bilmirik. Həmçinin ölkənin məhsuldarlığında yaranan problemlər, qiymətlərə öz təsirini göstərir. Azərbaycanda çörəyin qiymətinin tənzimlənməsi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən həyata keçirilir. Marketlərdə, piştaxtalarda çörəyin qiymətində bahalaşmalar olmasa da, çəkisində müəyyən qramlarda azalmalar gedir. Hökumət adətən çörəyin qiymətində bahalaşma istəməyəndə müəyyən əlavə alətlərdən bıçaqlardan istifadə edir. Bu, hökumətin verdiyi qərardan asılıdır. Amma mövcud vəziyyət onu göstərir ki,  sentyabra doğru çörəyin qiymətində bahalaşma baş verə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 May 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri