COVID 19 qayıdır? Üç ölkədə yoluxma halları kəskin artdı
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Tailand, Çin və Sinqapur yeni koronavirus dalğası ilə üzləşib və hökumətlər vətəndaşları maska taxmağa çağırır.
Yenisabah.az xəbər verir ki, bu barədə "Nikkei Asia" portalı məlumat verib.
Qeyd olunur ki, 18-24 may tarixlərində Tailandda 53.5 min COVID-19-a yoluxma hadisəsi qeydə alınıb. Bundan əvvəl isə yanvardan mayın ortalarınadək olan dövrdə ümumilikdə 187 min yoluxma halı müəyyən edilmişdi.
Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 28 aprel - 4 may tarixlərində Çin xəstəxanalarında aparılan infeksiya testlərinin demək olar ki, 16 faizi müsbət nəticə verib. Martın son həftəsində bu göstərici 6.3 faiz təşkil etmişdi. Çinli epidemioloq Çjun Nanşan daha əvvəl bildirmişdi ki, Çində dominant olan XDV və XDV.1 ştamının yeni variantları insan immun sisteminin müqavimətinə daha davamlıdır. Bu isə o deməkdir ki, hətta peyvənd olunmuş və ya COVID-19-dan sağalmış şəxslər də yoluxma riski altındadır.
Sinqapurda da son vaxtlar COVID-19 hallarının artması qeydə alınıb. 27 aprel - 3 may tarixlərində əvvəlki həftə ilə müqayisədə yoluxma hallarında 28 faiz, xəstəxanaya yerləşdirilmə hallarında isə 30 faiz artım qeydə alınıb./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 May 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















