Icma.az
close
up
RU
Çində COVID 19 a yoluxma halları mövsümi olaraq artır

Çində COVID 19 a yoluxma halları mövsümi olaraq artır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çində "Covid-19" hadisələri mövsümi olaraq artsa da, yeni dalğanın bu ay pik həddinə çatacağı və iyun ayından etibarən azalmağa başlayacağı gözlənilir.

Bizimyol.info xəbər verir ki, "The Paper" qəzetinin məlumatına görə, ölkənin qabaqcıl yoluxucu xəstəliklər üzrə mütəxəssislərindən biri olan Conq Nanşan cənubundakı Quançjou şəhərində qatıldığı iclasda dünyanın digər yerlərində olduğu kimi Çində də yaz aylarında "Covid-19" hadisələrinin artdığına diqqət çəkib.

O, yeni "Covid-19" dalğasında yoluxma hallarının mart və may aylarında artdığını, may ayında pik həddinə çatması gözlənilən halların iyun ayından etibarən azalmağa başlayacağını bildirib.

Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) mayın 8-də dərc etdiyi hesabatda bildirib ki, 31 mart - 4 may tarixləri arasında soyuqdəymə və tənəffüs yoluxucu xəstəliklər şikayəti ilə xəstəxana və klinikalara müraciət edən xəstələrdə aparılan testlərdə "Covid-19" aşkarlanma nisbəti 7,5 faizdən 16,2 faizə yüksəlib.

Hesabatda aprel ayında ölkə üzrə 168 508 xəstəliyə diaqnoz qoyulduğu, onların 5 faizindən götürülən nümunələr üzərində aparılan müayinələrdə bütün halların "Omicron" variantı və onun XDV törəmələri ilə törədildiyi qeyd edilib.

Mütəxəssislər yoluxma sayının yeni böyük epidemiyaya səbəb olacaq səviyyədə olmadığını vurğulayaraq, vətəndaşlara fərdi qoruyucu tədbirlər görmələrini, yaşlıların və xroniki xəstəlikləri olan simptomları olanların müalicə üçün xəstəxanalara müraciət etmələrini tövsiyə edir.

2019-cu ilin sonunda Çinin Uhan şəhərində ilk halların ortaya çıxdığı "Covid-19" epidemiyası bütün dünyaya yayılaraq milyonlarla insanın ölümünə səbəb olub, aylarla davam edən karantin və epidemiyaya qarşı mübarizə tədbirləri bütün dünyada iqtisadi fəaliyyətlərə və sosial həyata mənfi təsir edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 May 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri