Türkiyədə COVİD 19 a yoluxma halları artdı: Yeni variant xəbərdarlığı
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Türkiyədə havaların soyuması ilə birlikdə koronavirus infeksiyalarında artım müşahidə olunur.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, son həftələrdə qripə bənzər simptomlarla xəstəxanalara müraciət edən şəxslərin böyük bir hissəsində həm COVID-19, həm də influenza virusları aşkarlanıb.
Bildirilib ki, COVID-19-un "Frankenstein" adlandırılan yeni alt variantı simptom baxımından qrip və digər tənəffüs yolu infeksiyalarına bənzədiyi üçün qarışdırıla bilər. Yeni variant zamanı bel ağrısı, səsin batması kimi əlamətlər ön plana çıxır. Əvvəllər tez-tez rast gəlinən qoxu alma duyğusunun itməsinə isə artıq daha az rast gəlinir.
Vurğulanıb ki, tənəffüs çətinliyi, nəfəs darlığı, öskürək kimi əlamətlər isə əvvəlki variantlarda olduğu kimi bu dəfə də müşahidə olunur. COVID-19 və influenza zamanı kəskin simptomlar bir həftəyə keçsə də, yoluxmadan sonra bəzi əlamətlərin davam etməsi mümkündür.
Hazırda Türkiyədə koronavirusa qarşı peyvəndləmənin həyata keçirilmədiyi nəzərə çatdırılıb.
Yeni variantlara qarşı peyvəndlərin ölkəyə gətirilməsinin zəruriliyi vurğulanıb.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 23 Oktyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















