Fizuli Məmmədov: Futbolçularım çox əzmkar idilər
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Misli Premyer Liqasının 28-ci turunun "Karvan-Yevlax" - "Şamaxı"(1:0) görüşündən sonra ev sahibi komandanın baş məşqçisi Fizuli Məmmədov matçla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Məmmədov mətbuat konfransında bunları deyib:
"Çətin oyun olacağını bilirdik. "Şamaxı" çempionatın ən möhkəm, ən strukturlu, hər fazada işləyən komandadır. Standart vəziyyətlərin bizim üçün çətin olacağını başa düşürdük. Oyun çox gərgin keçdi. Görüşə çox ciddi hazırlaşmışdıq. Futbolçularım verdiyim tapşırıqları maksimum yerinə yetirdilər. Onlar döyüşkənlilik, mərdlik göstərdilər. Göstərdikləri performansa görə futbolçularıma təşəkkür edirəm. Çox əzmkar idilər. Qarşıdakı görüşə hazırlaşacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 18 Aprel 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















