“Çox müsbət var, amma çox cəfəngiyat da var” Lukaşenko ABŞ ni tənqid etdi
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ və SSRİ ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Redaktor.az xəbər verir ki, Aleksandr Lukaşenko RT-yə verdiyi müsahibədə ABŞ-nin həm müsbət, həm də mənfi tərəflərinin olduğunu bildirib.
O qeyd edib ki, “indi Amerikada gördüyünüz kimi, bizim də Sovet İttifaqı dövründə payımıza düşən cəfəngiyatlarımız olub. Çoxlu müsbət şeylər var, amma eyni zamanda çoxlu yanlışlıqlar da var”.
Lukaşenko bu vəziyyəti SSRİ təcrübəsi ilə müqayisə edərək, bu cür problemlərin nəticələrinin necə ola biləcəyinin orada göründüyünü vurğulayıb.
Belarus lideri əlavə edib ki, Donald Tramp dövrü də daxil olmaqla ABŞ hələ də güclü supergücdür, lakin bəzi məqamlarda “tam dominant supergüc” imicinə uyğun davranmır.
Onun sözlərinə görə, İrandakı əməliyyatlar zamanı ABŞ-nin imkanlarının məhdudluğu da müəyyən mənada ortaya çıxıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 20 Aprel 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















