Icma.az
close
up
RU
Çox şadıq ki, bu gün artıq Xankəndi azərbaycanlıların geri qayıdışı üçün hazırlanır...”

Çox şadıq ki, bu gün artıq Xankəndi azərbaycanlıların geri qayıdışı üçün hazırlanır...”

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Biz o işğal günlərinin ağrı-acısını unutsaq da, məhz əksəriyyətinin öz günahları, cinayətləri ucbatından Qarabağı, həmçinin Xankəndini tərk etmiş erməniləri törətdikləri vəhşiliklər ömürləri boyu qara kabus kimi təqib edəcək, yuxularında da onları rahat buraxmayacaq...”

“Tale elə gətirib ki, mənim doğum günümlə Xankəndinin, Kərkicahanın düşmənlərimiz tərəfindən tam işğalı təxminən eyni günə təsadüf edir. Düz 33 il bundan öncə bu günlərdə Azərbaycan xalqı, dövləti öz tarixinin ən faciəli, ən ağır tarixini yaşadı. Və artıq Allaha çox şükür ki,   Ali Baş Komandanın siyasəti, ordumuzun şücaəti, şəhid və qazilərimizin canı-qanı sayəsində, nəhayət, Qarabağın dağlıq hissəsi, o cümlədən Xankəndi də azad olundu. İndi bütün işğaldan azad torpaqlarımız kimi, Xankəndində də bərpa-quruculuq işlərini, yenilikləri, təbii və süni gözəllikləri gördükcə qəlbimiz açılır və o fəlakətli günlərin ağrı-acısını unuduruq”.

Bu fikirləri Moderator.az-a açıqlamasında dekabrın 27-də növbəti doğum gününü qeyd edən şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, 122 saylı Xankəndi seçki dairəsindən sabiq deputat Flora xanım Qasımova ifadə edib. 

“Amma onu deyim ki, biz o işğal günlərinin ağrı-acısını unutsaq da, məhz əksəriyyətinin öz günahları, cinayətləri ucbatından Qarabağı, həmçinin Xankəndini tərk etmiş erməniləri törətdikləri vəhşiliklər ömürləri boyu qara kabus kimi təqib edəcək, yuxularında da onları rahat buraxmayacaq”, -deyə sabiq deputat əlavə edib. 

“Çox şadıq ki, bu gün artıq Xankəndi azərbaycanlıların geri qayıdışı üçün hazırlanır. Bərpa, yenidənqurma və quruculuq işləri aparılır.  Azərbaycan ziyalılarını daha çox sevindirən şəhərimizdə Qarabağ universitetinin açılışı oldu. Bu yaxınlarda, demək olar ki, işə başlamış toxuculuq fabriki də Xankəndində yaşayacaq soydaşlarımızın işlə təminatına xeyli dəstək verəcək. Yenicə açılmış "Qarabağ" və "Palace" hotelləri isə turizmin inkişafında böyük rol oynayacaq...

Azad ediləndən sonra doğma şəhərdə bir neçə dəfə olmuşam. Və hər dəfə Xankəndinə ayaq basanda bambaşqa hisslər yaşayıram. Xüsusən artıq düşmən ruhunun da qovulduğu, vaxtilə- gənc yaşlarımda özümün də istər-istəməz ermənilər arasında bir növ sıxıla-sıxıla çalışdığım inzibati binalarımızı görəndə sevinirəm... Xatırlayıram ki, 1973-cü ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti sovetinə seçkilər olub və mən də  vilayət sovetinə üzv seçilmişəm və 1976-cı ilədək deputat kimi fəaliyyət göstərmişəm. O da yadımdadır ki, vilayət soveti olan binanın birinci mərtəbəsində komsomol təşkilatı, ikinci mərtəbəsində şəhər soveti yerləşirdi. Mənim də iş otağım ikinci mərtəbədə idi... İndi hər dəfə  işğaldan azad Xankəndində qarşısında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanan həmin binanın önündə dayananda müstəqil Azərbaycan vətəndaşı kimi çox böyük qürur hissi keçirirəm... 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, cansağlığı versin, dövlətimizi, ordumuzu, xalqımızı qorusun!..”- deyə həmsöhbətimiz duyğusal hisslərini dilə gətirib.

Şəhid Milli Qəhrəman xanımı dekabrın 25-də  Bakı-Qroznı reysi ilə üçan Azərbaycan təyyarəsinin uğradığı faciənin qurbanlarını da yad etməyi unutmayıb:

“Təəssüf ki, bu günlərdə daha bir faciə yaşadıq. Təyyarəmiz Aktauda faciəli qəzaya uğradı, digər ölkə vətəndaşlarıyla yanaşı, onlarla soydaşımız da həlak oldu və ağır yaralandı. Allahdan dünyasını dəyişənlərə rəhmət, onların ailələrinə, doğmalarına səbir diləyir, yaralıların tezliklə şəfa tapmasını arzu edirəm. Allah bir daha xalqımıza belə faciələr yaşatmasın...”  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri