Icma.az
close
up
RU
Çox təhlükəli bitki: öldürür Faydası isə əvəzedilməzdir

Çox təhlükəli bitki: öldürür Faydası isə əvəzedilməzdir

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Üskükotu çoxillik və ya ikiillik ot bitkisi olub, hündürlüyü 50–80 sm-ə bərabərdir. Birinci il çətiri, kökətrafı neştərşəkilli yarpaqları, ikinci il isə düzqalxan gövdəsi – aşağı hissəsindəki çılpaq, yuxarı hissəsində isə sıx, qalın tükcüklü budaqları inkişaf edir. Kökətrafı və gövdənin neştərşəkilli aşağı yarpaqları, tükcüklü bütövkənarlı, uzunluğu 6–12 sm, eni isə 1,5–3,5 sm olub, yuxarı yarpaqları oturaq, neştərşəkilli, zirvəsi itiuclu, tədricən azalaraq çiçək altlığına keçir. Zirvədəki çiçək fırçası uzun, çoxtərəfli, çox qalın və sıxdır. Çiçək tacının uzunluğu 20–30 mm, şarşəkilli, orta ölçülü qanadlı, aşağı dodağı kürəyəbənzərdir. Çiçəyi qonur-sarı rəngdən, göyümtül rəngə qədər olmaqla, damarlıdır. Kasacığı zəngşəkilli və 5 bölümlüdür.

Yarpaqları kip, dolğun, azacıq dəricikli, uzunsov-neştərşəkilli, küt və ya itiuclu, adətən kənarlı, az tükcüklü və ya xırda dişcikli, aydın görünən iri damarının uzunluğu 6–12(20) sm, eni isə 1,5–3,5 sm-dir. Yarpaqların yuxarı hissəsi çılpaq, parlaq, yaşıl rəngli, aşağı hissəsi isə açıq-yaşıl, sarımtıl-qonur damarlı, əsası isə qırmızımtıl-bənövşəyi rənglidir. Özünəməxsus zəif iylidir.

İnkişafının birinci ilində yarpaqları və çətiri, ikinci ilində isə çiçəkləmə dövrünə qədər 2–3 dəfə toplanılır. Toplanılmış xammalın qurudulması quruducu şkafda 50–60оС temperaturda aparılır.

Tibbi məqsədlə Şimalı Qafqaz, Ukrayna vəMoldaviya ölkələrində becərilir.

Yarpaqlarının tərkibindəürək qlükozidləri: başlıca olaraq lantozid A, B, C olur. Ən çox rast gəlinən təbii qlükozid – lantozid (digilanidlər), qlükoza və asetil qrupu, ikinci rast gəlinən qlükozidlər digitoksin, gitoksin və diqoksindir. Az miqdarda qlükozid lantozid D, lantozid E və strospezidə rast gəlinir. Toxum və yarpaqlarında steroid tərkibli saponinlər də vardır. Ürək xəstəliklərində təyin edilir.

Bütün orqanları istifadə olunur. Xammalı yarpaq və çiçəkləri hesab olunur. Inkişafinın birinci ilində çoxillik mədəni bitki olan tüklü üskükotunun yarpaqlarının tərkibində selanid, abisin və lantozid vardır.

Diqoksin (Lanikor, Novodigal), inyeksiya üçün 0,025%; həbləri 0,00025 və 0,0001q. Kardiotonik qlükoziddir.

Selanid (İzolanid, Lantozid C), həbləri 0,00025q, inyeksiya üçün 0,02%. Kardiotonik qlükoziddir.

Lantozid C, damcı. Kardiotonik qlükoziddir.

Medilazid həbləri 0,0001q. Sintetik yolla alınır. Kardiotonik qlükoziddir.

Zəhərli bitkidir. Bütün orqanlarında ürək qlükozidləri vardır. Yarpaqlarında purpurea A qlükozidi, digilanid A, digilanid B, a və b asetildigitoksin, digitoksin, lantozid, gitozid, gitorin, qlükoza, aqlikon, yarpaq və toxumlarında steroid saroninlər (digitonin, digitonin, tigonin), flavonoidlər (lyuteolin və onun qlükozidi), kofein, xolin maddələri tapılmışdır. II və III dərəcəli qan dövranı pozğünluqlarında və hipertoniya xəstəliyində işlədilir. Ödemlərdə diurezi artırır, ürək əzələsini möhkəmləndirir. Artıq qəbul etdikdə kumulyasiya törədir, qusma, ürəkdöyünmə (aritmiya) yaradır. Hətta ürək dayanmasına və ölümə səbəb ola bilər. Yarpaqları keyfiyyətli ürək (kardiotonik) dərmanlarıdır. Xammaldan aşağıdakı preparatlar – selanid, digitoksin, gitoksin, asetil diqoksin, yeni Qalen preparatı olan lantozid alınır. Bu preparatlar xroniki ürək-damar çatmamazlığının I dərəcəsində aritmiya, paroksizmal taxikardiyalarda və ürək ritminin digər pozğunluqlarında müvəffəqiyyətlə işlədilir. Bu bitkinin kumulyativ təsiri olduğundan müalicə ixtisaslı həkim nəzarəti altinda aparılmalıdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri