Icma.az
close
up
RU
Kökü ağrıya məlhəm, yarpaqları isə qida... BU BİTKİ ƏVƏZEDİLMƏZDİR!

Kökü ağrıya məlhəm, yarpaqları isə qida... BU BİTKİ ƏVƏZEDİLMƏZDİR!

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya florasının tərkibində Onopordum cinsinin 25-ə qədər növü yayılmışdır. Cinsin növlərinə ən çox Avropa, Qərbi Asiya və Şimali Afrika 327 ərazilərində təsadüfedilir. Çaqqalqanqalının Qafqazda 4, o cümlədən Azərbaycanda 2 növü yayılmışdır. Azərbaycan florasında rast gəlinən O.acanthium növü qida və müalicəvi əhəmiyyətli bitki hesab edilir.

Bir sıra xalqların təbabətində bu bitki ilə xoşagəlməz xəstəlikləri müalicə edirlər. Adi çaqqalqanqalı — Onopordum acanthium kəskin tikanlarla əhatə olunan 150—500 sm hündürlüyündə olan ikiillik ot bitkisidir. Bunun nektarla zəngin olan ətirli qırmızı-moruğu rəngli çiçəkləri bal anlarını uzaqdan özünə cəlb edir. Yarpaqlan uzunsov olub kənarlan tikanlarla əhatə olunmuşdur. Sanki şar formasında olub 2-4 sm enindədir. Çiçək tacı tünd-qırmızı rəngdədir.

Bitki may-iyun aylannda çiçək açır, iyul-avqust aylarında meyvə verir. Adi çaqqalqanqalı Azərbaycanın demək olar ki, hər yerində yayılmışdır. Buna düzənlik sahələrdən tutmuş orta dağ qurşaqlarına qədər rast gəlmək olar. Bitkiyə ən çox əkin sahələrində bağ, bostan və zibilliklərdə, çay kənarlarında, meşə və kolluqlarda rast gəlmək olar. Xalq arasında bitkinin kök, cavan gövdəsindən, çiçək yatağından, yarpaq saplaqlarından qabığını təmizləyib qida kimi istfıadə edirlər.

Xarici görünüşünə görə çaqqalqanqalı adi qanqal xatırladır. Lakin qanqaldan fərqli olaraq o hər tərəfdən tikanlarla əhatə olunmuşdur. Bunu nəzərə alaraq çaqqal qanqalı ilə bağ və bağçaların ətraflarını onunla çəpərləyirlər. Çaqqal qanqalından hələ çox qədim dövrlərdə xalq təbabətində mikrob əleyhinə, yarasağaldıcı, qankəsici, sidikqovucu məqsədlər üçün istifadə edirdilər. Müalicə məqsədləri üçün çiçək açan zaman bitkinin yuxarı hissəsini kəsib götürür, tikanlardan təmizləyib dəstə-dəstə edib, kölgəli yerdə qurudurlar.

Çaqqalqanqalından müalicə preparatlarının hazırlanması. Soyuqdəymə, öskürək, bronxial astma zamanı, 3 xörək qaşığı doğranmış təzə otundan götürüb termosa töküb üzərinə 0,5 litr qaynar su əlavə edin, 2-3 saat saxlayıb süzün. Gündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə yarım saat qalmış qəbul edin. Sistit, ııretrit, sidikqovucu vasitə kimi, həmçinin müxtəlifformalı şişlərin cərrahi yolla aradan qaldırılmasından sonra. 3 xörək qaşığı otundan götürüb 0,5 litr qaynar suya töküb, zəifyanan odun üzərinə qoyub 15 dəqiqə saxlayın.

Sonra odun üzərindən götürün və 45 dəqiqə saxlayıb süzün. Dəmləməni 0,5 litr həcminə gətirib gündə 4 dəfə stəkanın 1/2 hissəsi qədər yeməyə yanm saat qalmış qəbul edin. Müalicə kursu 2 həftədir. Yuxarıda qeyd etdiyimiz xəstəlikləri müalicə etmək üçün, qurudulmuş yarpağını poroşok halına salıb gündə 2-3 dəfə 1 çay qaşığı qəbul edin. Nefrit, tonusun aşağı düşməsində, depressiya zamanı. 1 xörək qaşığı doğranmış yarpağından götürüb 1 stəkan qaynar suya töküb 1 saat saxlayıb süzün.

Gündə 2-3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə yarım saat qalmış qəbul edin. Darisapmalarinda, çiban, ekzema, darida baş veran allergiya manşali xastaliklarin müalicasinda, 2 xörək qaşığı doğranmış yarpaqlarından götürüb 0,5 litr qaynarsuya töküb 2 saat saxlayıb süzün. Gündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə 30 dəqiqə qalmış qəbul edin.

Ağn nahiyasinin kanarlarında amala galan çotlamoların qarşısının alınmasında. Zədələnmiş nahiyələrə bitkidən alınmış təzə şirədən sürtün. Konyuktivit zamanı. 1 xörək qaşığı doğranmış təzə otundan götürüb 1 stəkan qaynar suya töküb qaynama dərəcəsinə gətirib, yanm saat saxlayıb süzün. Aldığınız dəmləmə ilə gündə 2-3 dəfə gözünüzü yuyun. Diqqət! Çaqqalqanqalı qam qatılaşdırdığına görə bitkidən alınan preparatlardan qanı qatı olan və eləcə də tromboflevitə və hipertoniyaya meylli xəstələlrin istifadə etməsi məsləhət görülmür.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 02:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri