Icma.az
close
up
RU
Çoxmərtəbəli binalarda yaşayanlar bələdiyyəyə vergi ödəməlidir? EKSPERT AÇIQLADI

Çoxmərtəbəli binalarda yaşayanlar bələdiyyəyə vergi ödəməlidir? EKSPERT AÇIQLADI

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bina evində yaşayan vətəndaşlar hər ay müxtəlif ödənişlərlə qarşılaşır: komendant pulu, JEK xidmət haqqı, kommunal xərclər. Bunlar azmış kimi hələ mənzil sahiblərindən bələdiyyə tərəfindən əmlak vergisidə tələb olunur. Bəs çoxmərtəbəli binalarda yaşayanlar niyə bələdiyyəyə vergi ödəməlidir? Onsuz da bina sakinləri təmizlik, lift, həyətin abadlığı üçün ayrıca pul ödəyirlər. Bu ödənişlər bir-birini təkrarlayırmı, yoxsa hərəsinin öz funksiyası var?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, jeklərin səlahiyyəti ancaq tullantıların, zibillərin daşınması, binaların təmizlənməsi və bu xidmətləri göstərməkdir:

"Konkret olaraq bəzi yerlərdə pulların yığılması ilə bağlı qarışıqlıq var. Məsələn, bəzi yerlərdə bələdiyyələr pulları yığır, bəzi yerlərdə isə jeklər. Həqiqətən, burada hansı pulu kimin yığacağı aydın deyil.

Bəzi yerlərdə bələdiyyələr, bəzi yerlərdə jeklər bu pulları yığır. Bu barədə çatışmazlıq var, vətəndaşlar konkret olaraq bilmir ki, xidmət haqqını kimə ödəməlidir. İnsanlarda çaşqınlıq yaranır. Buna görə dövlətin nəzarəti vacibdir və hər bir qurum konkret olaraq öz xidməti üçün ödəniş almalıdır.

Çox vaxt, məsələn, mənim eşitdiyimə görə, zibil pulu bir tərəfdən jeklər tərəfindən tələb olunur, digər tərəfdən isə bələdiyyə tələb edir. Vətəndaşlar haqlı olaraq sual edir: mən jekə pul ödəyirəmsə, bələdiyyə niyə əlavə pul tələb edir? Bu qarışıqlıq, təşkilatların bir-birinə əlaqəsizliyi və ya koordinasiyasızlığından yaranır. Vətəndaşlar bilməlidir ki, tullantıların ödənişi konkret olaraq hansı təşkilata edilməlidir.

Burada bir boşluq var ki, yaxşı olardı düzəldilsin, vətəndaşlar pullarını haraya ödəyəcəklərini aydın bilsinlər. Çox hallarda vətəndaşlar ilə tikinti şirkətləri arasında xidmət haqqının ödənilməsi ilə bağlı problemlər yaranır. Məsələn, vətəndaş müqavilədə olmayan bir pulu ödəməyə məcbur qalır, məsələn, bərpa və ya abadlaşdırma üçün.

Vətəndaş haqlı olaraq narazılıq bildirir: əgər hər ay xidmət haqqını ödəyirəmsə, niyə əlavə pul tələb olunur? Toplanılan məbləğdən istifadə olunaraq bərpa və abadlaşdırma işləri görülməlidir. Əgər şirkət pulları saxlamır və lazım olduqda əlavə tələb edirsə, bu qanunsuzdur. Vətəndaş hər ay xidmət haqqını ödəyir, buna görə əlavə pul tələb etmək düzgün deyil.

Şirkət vətəndaşlardan yığılan büdcədən istifadə edərək, xarab olan yerləri təmir etməli, abadlaşdırmalı və ya düzəltməlidir. Vətəndaşlar ilə şirkətlər arasında müqavilə bağlanması vacibdir ki, xidmətlərin nədən ibarət olduğu və məbləği aydın göstərilsin. Bu, gələcəkdə problemlərin yaranmasının qarşısını alır.

Məsələn, MTK daxilində təmizlik, liflərin və blokların təmizlənməsi, zibillərin atılması və digər xidmətlərin pulu MTK tərəfindən alına bilər. Lakin daşınma pulu jeklər və ya bələdiyyə tərəfindən ödənilməlidir. MTK-nın daşınma xidmətləri üçün pul yığmağa ixtiyarı yoxdur. Əgər MTK belə pul alırsa, bu qanunsuzdur. MTK yalnız göstərdiyi xidmətlər, yəni təmizlik və yığımla bağlı ödənişləri ala bilər.

Bəzi hallarda ödənişlər bir-birini təkrarlayır: bir tərəfdən tullantılar üçün pul yığılır, digər tərəfdən jeklər, digər tərəfdən isə şirkətlər. Bu qarışıqlıq qanunla açıq şəkildə tənzimlənməlidir ki, vətəndaşlar hansı xidmət haqqını kimə ödəyəcəklərini bilsinlər. Təşkilatlar bir-birindən xəbərsiz və qarışıq şəkildə vətəndaşlardan əlavə pul tələb etməməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Mart 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri