Coy Lens Mikels: “Zirə”dən daha artığını gözləyirdim” MÜSAHİBƏ
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Düşünürəm ki, çox maraqlı oyun oldu”.
Bunu “Sabah”ın hücumçusu Coy Lens Mikelsin “Zirə”ni 2:1 hesabı ilə məğlub etdikləri Bizon Azərbaycan Kubokunun final matçından sonra sportnet.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Oyun haqda fikirlərinizi bölüşərdiniz…
- Düşünürəm ki, çox maraqlı oyun oldu. Xüsusilə də bizi dəstəkləyən “Sabah” azarkeşləri üçün. Açığı, “Zirə”dən daha artığını gözləyirdim. Onlar əsasən müdafiə olunurdular. İlk zərbələri qol oldu, amma ümumilikdə oyuna çox şey qatmadılar. Final matçında hər iki komandanın hücum futbolu göstərməsini istəyərdim. Amma sonda bunun fərqi yoxdur. Biz qalib gəldik və buna görə çox xoşbəxtəm. Həm də mövsümü “qızıl dubl”la başa vurduq.
- Azərbaycan çempionu oldunuz, ölkə çempionatının bombardirisiniz. Bu mövsümü karyeranızın zirvəsi hesab edirsiniz?
- Bəli, düşünürəm ki, bu, karyeramın ən yaxşı mövsümüdür. Həqiqətən inanılmaz il keçirdim. Baş məşqçi mənə çox kömək etdi. Onun oyun sistemi mənim istədiyim futbolu oynamağa imkan verir. Mən də bunu qollar və məhsuldar ötürmələrlə qarşılığını verirəm. Belə məşqçi və belə komanda ilə çalışdığım üçün xoşbəxtəm. Mövsümün əvvəlində komandanın bu qədər güclü olacağını gözləmirdim. Amma məşqçi müəyyən dəyişikliklər etdi və indi çox yaxşı durumdayıq.
- Çempionlar Liqası ilə bağlı gözləntiləriniz necədir? Potensial rəqibləri araşdırmısınız?
- Açığı, kimlə qarşılaşacağımızı bilmirəm. Amma görəcəyik. Qrup mərhələsinə yüksəlmək üçün hər oyunda qalib gəlməliyik. Ümid edirəm ki, bunu bacaracağıq və sonra bütün Azərbaycan bizi dəstəkləyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 14 May 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















