Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında ölkə çempionatı keçiriləcək.
ACF-dən Redaktor.az-a verilən məlumata görə, yarışda müxtəlif regionlardan, həmçinin Sumqayıt və Bakı şəhərlərindən olan 300-dən çox cüdoçu Bakı İdman Sarayında medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, 29 noyabr – 1 dekabrda baş tutacaq yarışı izləmək üçün arenaya giriş sərbəst olacaq.

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
16 Noyabr 2024 11:31

