Icma.az
close
up
RU
Cüdo yarışında gündəm olan valideyn: “Qızım iki günə məşhurlaşdı” FOTO İdman və Biz

Cüdo yarışında gündəm olan valideyn: “Qızım iki günə məşhurlaşdı” FOTO İdman və Biz

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Mən heç bilmirdim ki, bizi çəkirlər”.

Bunu İdman.biz-ə cüdo üzrə U-18 Azərbaycan çempionatının iştirakçısı Tövsiyyə Babayevanın anası Svetlana Babayeva deyib.

O, yarışın gedişində qızı ilə çəkilən görüntülərin məşhurlaşmasından danışıb: “O an yalnız Tövsiyyənin çıxışını düşünürdüm. Ağlıma da gəlməzdi ki, bu görüntülərə bütün ölkə baxa bilər. Hamı mənə bu videonu göndərir, hətta xaricdə yaşayan qohumlarım belə. Qızım iki günə məşhur oldu. Biz onu dörd yaşında gimnastikaya qoymuşduq. Səkkiz-doqquz yaşı olanda isə gimnastikadan çıxarıb cüdoya yazdırdım. Hələ ilk başladığı dövrdə məktəbdə müəllimlər Tövsiyyəyə deyirdi ki, sənə cüdo lazım deyil, incə qızsan, davam etsən, gələcəkdə kobud olacaqsan. Mən isə həmişə onu bu yolda dəstəkləmişəm. Demişəm ki, heç kimə qulaq asma, əsas odur ki, sən çalış. Tez-tez deyirlər ki, cüdo ilə məşğul olan qızlar kobud olur. Bu söz mənə çox toxunur. Fikrimcə, davranış tərbiyəyə bağlı olan məsələdir. Hər şey ailədən gəlir”.

Svetlana xanım idmanda ailə dəstəyinin mühüm olduğunu qeyd edib: “Mən insan resursları üzrə mütəxəssis işləyirdim. Tövsiyyə cüdo ilə məşğul olmağa başladıqdan sonra ona dəstək olmaq üçün işdən çıxmışam. İdman çox çətin sahədir. Uşaqda ciddi disiplin olmalıdır. Vaxtında məşqlərə getməli, qidalanmasına fikir verməli, yuxu rejimə diqqət etməlidir. Bunlara nəzarət edən bir adamın olması mütləqdir. Bu yolu tək getmək çox çətindir. Mənim bir oğlum da var, ancaq onun cüdo ilə məşğul olmasını qətiyyən istəməzdim. Çünki ikinci dəfə o yolu getməyə gücüm yoxdur. İki övladı da idmanda uğur qazanan valideynlərə heykəl qoymaq lazımdır. Mən hələ bir uşaq üçün nə qədər həyəcan keçirirəm. Tövsiyyənin uğur qazanması üçün valideyn olaraq əlimdən nə gəlirsə, edirəm və bundan sonra da etməyə hazıram”.

Qeyd edək ki, Tövsiyyə Babayeva (52 kq) yarışı bürünc medalla başa vurub.

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Yanvar 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri