Icma.az
close
up
RU
Biləcəridə yeni cüdo zalı fəaliyyətə başlayıb FOTO İdman və Biz

Biləcəridə yeni cüdo zalı fəaliyyətə başlayıb FOTO İdman və Biz

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə Biləcəri qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.

İdman.biz xəbər verir ki, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, vitse-prezident Elnur Məmmədli, Olimpiya çempionu Hidayət Heydərov və digər rəsmi şəxslər cüdo zalına baş çəkərək orada yaradılan şəraitlə tanış olublar.

Cüdo zalında 320 kv.m sahəsi olan “dojo” (cüdo məşq zalı) və 75 kv.m sahəsi olan fiziki hazırlıq zonası mövcuddur. Cüdo zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan Almaniyanın “Zebra” şirkətinin tatamiləri ilə, fiziki hazırlıq zonası cüdo idman növü üzrə uşaqların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları ilə təchiz edilib. Bundan başqa, valideynlər üçün gözləmə zonası, məşqçi və paltardəyişmə otaqları da mövcuddur.

Rəşad Rəsullu bildirib ki, ACF-in fəaliyyətində əsas istiqamətlərdən biri ölkədə mövcud olan cüdo məşq zallarının maddi-texniki bazasının təkmilləşdirilməsidir: “Bakı şəhərinin ən iri qəsəbələrindən olan və 50 mindən çox əhalinin yaşadığı Biləcəri qəsəbəsində ən müasir standartlara uyğun cüdo zalının fəaliyyətinin təmin edilməsi Federasiyanın bu istiqamətdə həyata keçirdiyi növbəti layihədir. Əminik ki, yeni fəaliyyətə başlayan cüdo zalı qəsəbədə yaşayan uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün gözəl imkan yaradacaq”.

Qeyd edək ki, Federasiya 2022-ci ildən etibarən Bakı və regionlarda 100-ə yaxın cüdo zalını 6,500 tatami ilə təmin edib və 1,300 idmançının ödənişsiz məşq keçməsinə şərait yaradıb. Həmçinin, Federasiyanın maliyyə dəstəyi ilə Sumqayıtda, Gəncədə, Zaqatalada və Qusarda regional təlim-məşq mərkəzləri fəaliyyətə başlayıb, Ağstafa, Sabirabad, Qazax, Zəngilan rayonunun Ağalı kəndi və Bakının Zirə qəsəbəsində cüdo zalları təmir edilərək istifadəyə verilib.

Növbəti ildə isə Federasiyanın fəaliyyət proramına uyğun olaraq, təxminən 50 cüdo zalının daha 4,000 ədəd tatami ilə təmin edilməsi, həmçinin İmişli, Şabran, Qax və bir sıra digər rayonlarda yeni cüdo zallarının istifadəyə verilməsi planlanır.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri