Icma.az
close
up
RU
Cümhuriyyətin doğuşu Müstəqilliyin işıqlı yolu

Cümhuriyyətin doğuşu Müstəqilliyin işıqlı yolu

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir xalqın tarixində elə günlər var ki, onlar sadəcə təqvimdəki bir tarix deyil, millətin ruhunu oyadan, özünüdərkini möhkəmləndirən, gələcək nəsillərə yol göstərən məşəldir. 28 May – Müstəqillik Günü məhz belə müqəddəs və əzəmətli günlərdən biridir. Bu tarix Azərbaycan xalqı üçün milli qürur və iftixar günüdür, xalqımızın azadlıq, müstəqillik və milli suverenlik uğrunda apardığı mübarizənin təcəssümüdür. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanın deyil, bütün Şərq dünyasının ilk parlamentli, demokratik respublikası olmuşdur. Bununla təkcə bir dövlət qurulmadı – əsrlər boyu imperialist qüvvələrin ayağı altında əzilmiş bir millət həsrətində olduğu azadlıq arzusunu gerçəkləşdirdi, öz kimliyini, şəxsiyyətini, şərəfini bərpa etdi.

AXC-nin yaranması ilə Azərbaycan xalqı ilk dəfə olaraq öz dövlətçiliyini bərpa etdi və demokratik, hüquqi əsaslara söykənən bir idarəetmə forması qurdu. Azərbaycan xalqı sübut etdi ki, o, öz müqəddəratını özü təyin etməyə, azad və müstəqil yaşamağa qadirdir. Həmin gün Tiflisdə qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan öz müstəqilliyini dünyaya bəyan etdi. Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi, parlamentli respublika quruluşunun tətbiqi, milli ordu və təhsil sisteminin yaradılması AXC-nin mütərəqqi və qabaqcıl yanaşmasının bariz nümunəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin liderləri – Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli və başqaları xalqın milli iradəsini ifadə edərək, böyük fədakarlıqla fəaliyyət göstərmişlər. Ümummilli lider Heydər Əliyev öz çıxışlarında dəfələrlə AXC-nin fəaliyyətini və müstəqillik uğrunda apardığı mübarizəni yüksək qiymətləndirib. O, Cümhuriyyət ideyalarını müstəqil Azərbaycanın siyasi ideologiyasına daxil etmişdir.

Bu cümhuriyyətin ömrü cəmi 23 ay olsa da, onun tarixi əhəmiyyəti və qoyduğu irs müasir, müstəqil Azərbaycan dövlətçiliyinin təməl daşlarından biri olmuşdur. Bu təməl bu gün də yaşayır və inkişaf edir. Ancaq azadlıq yolu hər zaman çətin və əzablı olub. 1920-ci il aprelin 28-də Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində bu parlaq səhifə bağlandı. Azərbaycan xalqı yenidən əsarətə düçar oldu. Lakin xalqın yaddaşından müstəqillik arzusu silinmədi. AXC süquta uğrasa da, onun ideyaları və təməlləri xalqın yaddaşında daim yaşadı, 70 illik sovet hakimiyyəti dövründə də yaşadı, alovlanmaq üçün doğru anı gözlədi və 1991-ci ildə bir daha dirçəldi. 18 oktyabr 1991-ci il tarixində SSRİ-nin süqutu ilə Azərbaycan xalqı 28 May ideallarına qayıtdı və ikinci dəfə öz müstəqilliyini bərpa etdi. Lakin bu müstəqillik o zaman tam deyildi. Torpaqlarımız işğal altında idi, xalqımızın haqqı tapdanırdı. 28 May tarixini əsl müstəqillik günü kimi qeyd etməyin mənası yalnız o zaman tam olur ki, dövlətin ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş olsun. Bu baxımdan, 2020-ci il – 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın qazandığı Şanlı Qələbə 28 May-Respublika Günü ruhunun canlı təntənəsidir. Məhz bu qələbə ilə biz təkcə tariximizə deyil, müstəqilliyimizin əsl mahiyyətinə sahib çıxdıq. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi, milli qürurumuz bərpa olundu. Vətən müharibəsi Azərbaycanın təkcə hərbi yox, həm də siyasi, mənəvi və ideoloji cəhətdən güclü bir dövlət olduğunu göstərdi.

İlk dəfə 1918-ci ildə göylərə ucalan Azərbaycanın üçrəngli bayrağı Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi qaydada dövlət bayrağı kimi qaldırılıb. O bayraq bir millətin azadlıq ümidini, tarixə bağlılığını və gələcəyə inamını simvolizə edirdi. Bu gün həmin bayraq işğaldan azad olunmuş torpaqlarımızda yenidən qürurla, inamla, əzmlə dalğalanır. Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri artıq tarixdən gələn mesaj yox, bu günün gerçəkliyidir.

Bu gün Müstəqil Azərbaycan regionda söz sahibi olan, güclü iqtisadiyyata, müasir orduya, beynəlxalq nüfuza malik bir dövlətdir. Bu uğurların arxasında təkcə siyasi qərarlar deyil, tarixə və kimliyə sədaqət dayanır. Biz artıq müstəqilliyi sadəcə qoruyan deyil, onu daha da gücləndirən bir xalqıq. Bugünkü gənclik artıq “işğal olunmuş Qarabağ” ifadəsi ilə yox, azad Qarabağda qurulan yeni şəhərlər, tikilən yollar və yenidən doğulan həyat mənzərələri ilə böyüyür.

Bu gün 28 May ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan fərmanla 28 May tarixi “Müstəqillik Günü” adlandırılmışdır. Bu qərar tarixi ədalətin bərpası və müstəqil dövlətçilik tariximizə olan dərin ehtiramın göstəricisidir. Hər il bu gün münasibətilə ölkədə müxtəlif rəsmi tədbirlər, bayram yürüşləri, konsert proqramları və vətənpərvərlik ruhunda tədbirlər keçirilir. Məktəblərdə, universitetlərdə və ictimai məkanlarda AXC-nin irsi təbliğ olunur, gənc nəsil bu şanlı tarix barədə məlumatlandırılır.

28 May – Müstəqillik Günü təkcə keçmişin anılması deyil, həm də gələcəyə inam və milli birliyin təcəssümüdür. Bu gün biz müstəqil Azərbaycan vətəndaşları olaraq Azərbaycan Xalq Cümhuriyyətinin idealarını yaşatmalı, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması və suverenliyimizin əbədi olması üçün birgə çalışmalıyıq. “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifədir.”-Ulu Öndər Heydər Əliyev.

Müstəqil Azərbaycan tam suveren, bütöv və qalib dövlədir!

Günay Məmmədli

YAP Yasamal rayonu “Moskva pr. 67” (ADSEA) ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 May 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see249

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see240

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see207

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see201

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see173

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see162

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see158

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see146

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see138

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see137

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see134

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see131

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see127

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see127

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see126

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see125

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri