Icma.az
close
up
RU
Cümşüd Nuriyevə Bir dənə ilişdirərəm, uçarsan ha deyən Cahandar Bayoğlu: Barışmışıq...

Cümşüd Nuriyevə Bir dənə ilişdirərəm, uçarsan ha deyən Cahandar Bayoğlu: Barışmışıq...

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Turan Partiyasının sədri Cahandar Bayoğlu bir müddət öncə “Reaksiya TV”nin canlı efirində politoloq Cümşüd Nuriyevə mübahisə əsnasında “Qalxaram, bir dənə ilişdirərəm, uçarsan ha” deməsi barədə görüntülərin sosial şəbəkələrdə gündəmə gətirilməsinə münasibət bildirib. 

Bayoğlu Pravda.az-a açıqlamasında deyib ki, mübahisə barışıqla sonlanıb. 

“Əbülfəz Elçibəyə böyük həqarət var idi. Onun siyasi fəaliyyətini kölgəyə salan açıqlamalar vermək, onu aşağılamaq, tarixi saxtalaşdırmaq... Mən bilirdim ki, Cümşüd Nuriyevin dediklərinin heç biri doğru deyil. İstədim ki, həmin dövrdə baş nazir olmuş Pənah Hüseyn rəsmi sənədlərlə deyilənləri təsdiqləsin. Belə də oldu. Görüşümüz gerçəkləşdi. Cümşüd bəy çalışdı ki, öz mövqeyinin üstündə dursun. Gördü ki, yox, qarşı tərəf hazırlıqlıdır, hər mövzuya cavabı var, Elçibəy haqqında danışılan fikirlərin hamısının saxta və yanlış, qaralama xarakterli olduğu üzə çıxdı. Cümşüd Nuriyevə sərt reaksiyam hamının gözü qarşısında oldu. O, verilişin sonuna yaxın yanlış olduğunu etiraf etdi. Beləliklə, qaralama kampaniyasının mahiyyəti tamamilə ortaya çıxdı. Buna görə də mövzuya qayıtmadım. Mənim reaksiyam qaralama fikirlərin toplum tərəfindən düzgün anlaşılması üçün bir mübarizə idi. Düşünürəm, düzgün fikrin formalaşmasında kifayət qədər rol oynadım, istədiyimə nail oldum, həqiqət ortaya çıxdı. Belə hadisələr təkcə Cümşüd bəyə deyil, hər kəsə dərs olmalıdır. Tarixi saxtalaşdırmaq olmaz. Onsuz da zaman keçəcək, araşdırmalarda bu fikirlərin hamısının saxta olduğu üzə çıxacaq. İstəmərəm ki, gələcəkdə hansısa azərbaycanlı millətin töhmətinin altında qalsın. Nuriyev danışıq əsnasında mənə qarşı  sərt fikirlər səsləndirdi. Özünü haqlı çıxarmaq cəhdi var idi. Mənim ona dediyim ifadələr polemikanın gedişatında səsləndi. Sosial şəbəkələrdə paylaşılsın... Təbii ki, bu cür mövzularda səsləndirdiyim ifadələrin və atdığım addımların məsuliyyətini bilirəm. Cümşüd Nuriyevlə olan polemakının gedişatına uyğun hər şey ortaya çıxdı. Verilişin son dəqiqələrində onunla aramızdakı söhbət barışıqla nəticələndi. Onun, yaxud mənim ona qarşı aqressiv davranışım olmadı. Verilişdən sonra da səmimi söhbətlər etdik. Əsas budur, millətimiz aldanmadı, insanlarda yanlış fikir formalaşmadı. Əbülfəz Elçibəy barədə yanlış fikir formalaşmasının qarşısında durduğuma görə özümü haqlı tərəf hesab edirəm. Cümşüd Nuriyevə göstərdiyim davranış gələcəkdə hər kəsə qarşı ola bilər. İstənilən adam tarixi bu cür saxtalaşdırıb, Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı hücum etsə, məsuliyyət hissi olmadan istənilən fikirləri səsləndirərsə, o adama qarşı da eyni formada reaksiya verəcəyəm”, - o bildirib.

Aytəkin Qardaşova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Noyabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri