Ukrayna və ABŞ rəsmiləri Rusiyaya sanksiyaların gücləndirilməsini müzakirə ediblər
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonda ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb.
“Report”un xəbərinə görə, A.Yermak bu barədə özünün teleqram kanalında məlumat verib.
“Cəbhədəki vəziyyəti, İstanbuldakı görüşlərin nəticələrini, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin vacibliyini və Ukraynaya müdafiə yardımını müzakirə etdik”, - o yazıb.
Bundan başqa, onun sözlərinə görə, tərəflər Rusiyanın ukraynalı uşaqları geri qaytarması məsələsini müzakirə ediblər: "Biz Rusiyaya siyahıları vermişik, cavab gözləyirik - onların evə qaytarılması vacibdir. Bu, mühüm məsələdir, biz ABŞ-nin prosesdə iştirakını yüksək qiymətləndiririk".
Yermak Kelloqa onu da bildirib ki, Ukrayna rəhbərliyinin fikrincə, Rusiya müharibəni davam etdirmək üçün əlindən gələni edir və buna görə də ona güc yolu ilə son qoymaq lazımdır.
"Ancaq Rusiya atəşi könüllü dayandırmasa, biz əməliyyatlar keçirməyə və onların hərbi potensialını məhv etməyə məcburuq. Biz ABŞ Prezidenti Donald Trampa və bütün Amerika xalqına, hər iki tərəfə Ukraynanı dəstəklədiklərinə görə minnətdarıq", - Yermak vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 03 İyun 2025 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















