Icma.az
close
up
RU
Cümşüd Nuriyevə “Qalxaram, bir dənə ilişdirərəm, uçarsan ha” deyən partiya sədri: “Əbülfəz Elçibəyə böyük həqarət var idi...

Cümşüd Nuriyevə “Qalxaram, bir dənə ilişdirərəm, uçarsan ha” deyən partiya sədri: “Əbülfəz Elçibəyə böyük həqarət var idi...

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Turan Partiyasının sədri Cahandar Bayoğlu bir müddət öncə “Reaksiya TV”nin canlı efirində politoloq Cümşüd Nuriyevə mübahisə əsnasında “Qalxaram, bir dənə ilişdirərəm, uçarsan ha” deməsi barədə görüntülərin sosial şəbəkələrdə gündəmə gətirilməsinə münasibət bildirib. 

Mia.az xəbər verir ki, Bayoğlu Pravda.az-a açıqlamasında deyib ki, mübahisə barışıqla sonlanıb. 

“Əbülfəz Elçibəyə böyük həqarət var idi. Onun siyasi fəaliyyətini kölgəyə salan açıqlamalar vermək, onu aşağılamaq, tarixi saxtalaşdırmaq...

Mən bilirdim ki, Cümşüd Nuriyevin dediklərinin heç biri doğru deyil. İstədim ki, həmin dövrdə baş nazir olmuş Pənah Hüseyn rəsmi sənədlərlə deyilənləri təsdiqləsin. Belə də oldu. Görüşümüz gerçəkləşdi. Cümşüd bəy çalışdı ki, öz mövqeyinin üstündə dursun. Gördü ki, yox, qarşı tərəf hazırlıqlıdır, hər mövzuya cavabı var, Elçibəy haqqında danışılan fikirlərin hamısının saxta və yanlış, qaralama xarakterli olduğu üzə çıxdı. Cümşüd Nuriyevə sərt reaksiyam hamının gözü qarşısında oldu. O, verilişin sonuna yaxın yanlış olduğunu etiraf etdi.

Beləliklə, qaralama kampaniyasının mahiyyəti tamamilə ortaya çıxdı. Buna görə də mövzuya qayıtmadım. Mənim reaksiyam qaralama fikirlərin toplum tərəfindən düzgün anlaşılması üçün bir mübarizə idi. Düşünürəm, düzgün fikrin formalaşmasında kifayət qədər rol oynadım, istədiyimə nail oldum, həqiqət ortaya çıxdı. Belə hadisələr təkcə Cümşüd bəyə deyil, hər kəsə dərs olmalıdır.

Tarixi saxtalaşdırmaq olmaz. Onsuz da zaman keçəcək, araşdırmalarda bu fikirlərin hamısının saxta olduğu üzə çıxacaq. İstəmərəm ki, gələcəkdə hansısa azərbaycanlı millətin töhmətinin altında qalsın. Nuriyev danışıq əsnasında mənə qarşı  sərt fikirlər səsləndirdi. Özünü haqlı çıxarmaq cəhdi var idi. Mənim ona dediyim ifadələr polemikanın gedişatında səsləndi. Sosial şəbəkələrdə paylaşılsın...

Təbii ki, bu cür mövzularda səsləndirdiyim ifadələrin və atdığım addımların məsuliyyətini bilirəm. Cümşüd Nuriyevlə olan polemakının gedişatına uyğun hər şey ortaya çıxdı. Verilişin son dəqiqələrində onunla aramızdakı söhbət barışıqla nəticələndi. Onun, yaxud mənim ona qarşı aqressiv davranışım olmadı. Verilişdən sonra da səmimi söhbətlər etdik. Əsas budur, millətimiz aldanmadı, insanlarda yanlış fikir formalaşmadı.

Əbülfəz Elçibəy barədə yanlış fikir formalaşmasının qarşısında durduğuma görə özümü haqlı tərəf hesab edirəm. Cümşüd Nuriyevə göstərdiyim davranış gələcəkdə hər kəsə qarşı ola bilər. İstənilən adam tarixi bu cür saxtalaşdırıb, Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı hücum etsə, məsuliyyət hissi olmadan istənilən fikirləri səsləndirərsə, o adama qarşı da eyni formada reaksiya verəcəyəm”, - o bildirib.

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 Noyabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see224

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri