“D” kateqoriyalı məşqçi kursları başa çatdı
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
AFFA-nın təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində UEFA-nın “HatTrick” proqramı çərçivəsində “D” kateqoriyalı məşqçi kursları keçirilib.
Futbolpress.az xəbər verir ki, kursa Neftçala rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən 25 nəfər fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlərin əsas məqsədi iştirakçıların kütləvi futbol sahəsində bilik və bacarıqlarının artırılması, uşaq və yeniyetmələrlə işləyərkən müasir yanaşmaların tətbiqinin təşviqi olub. Kursun açılış günündə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı iştirakçılarla görüşərək proqramın məzmunu və məqsədləri barədə ətraflı məlumat verib, onlara uğurlar arzulayıblar.
Təlimlər AFFA-nın məşqçi kursları üzrə təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən aparılıb. Kurs çərçivəsində “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər aktual mövzular üzrə nəzəri biliklər təqdim olunub. Sessiyalar interaktiv müzakirələrlə müşayiət olunaraq müxtəlif yanaşmaların müqayisəli şəkildə təhlilinə imkan yaradıb.
İkinci gün nəzəri və praktiki hissələrdən ibarət olmaqla təşkil edilib, iştirakçılar meydanda keçirilən məşqlərdə fəal iştirak edərək təlimçilər tərəfindən təqdim olunan metodikaları birbaşa tətbiq ediblər.
Kursun yekununda iştirakçılara müvafiq lisenziyalar verilib. Lisenziyaları iştirakçılara Fərrux İsmayılov və İlham Əzizzadə təqdim ediblər.
Qeyd edək ki, bu cür təşəbbüslər regionlarda futbolun kütləviliyinin artırılması, həmçinin məktəblərdə futbolun inkişafına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 18 Aprel 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















