D kateqoriyalı məşqçi kursları başladı
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
AFFA-nın dəstəyi ilə Bakı Futbol Federasiyası (BFF) tərəfindən təşkil olunan 5-ci D kateqoriyalı məşqçi kursuna start verilib.
Futbolpress.az xəbər verir ki, diqqətçəkici məqam ondan ibarətdir ki, kursa paytaxtdan əlavə Qarabağ, Mərkəz, Cənub, Şimal, Şimal-Qərb Regional Futbol Federasiyalarını təmsil edən 18 məşqçi cəlb edilib.
Kurs Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Tədris AFFA-nın Məşqçiləri Maarifləndirmə Şöbəsinin rəhbəri Aslan Kərimovun nəzarəti ilə təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.
Üç gün davam edəcək kursda iştirakçılara məşqçilik fəaliyyətinin əsasları üzrə nəzəri və praktiki biliklər aşılanacaq. Tədris proqramını uğurla mənimsəyən iştirakçılara kursun sonunda AFFA D kateqoriyalı məşqçi lisenziyaları təqdim olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 24 Noyabr 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















