Icma.az
close
up
RU
D Vitamini Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar

D Vitamini Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

D vitamini kalsiumun bədən tərəfindən sorulmasına kömək edərək sümüklərin güclənməsində həlledici rol oynayır. O, sümüklərin incəlməsinin və sümük əriməsinin (osteoporoz) qarşısını alır. İki əsas forması vardır: D2 və D3.

Milli.Az xəbər verir ki, D Vitamini səviyyəsini sürətlə qaldırmaq üçün üç mənbədən istifadə olunur:

Hər gün 15-30 dəqiqə günəş altında qalmaq (dərinin birbaşa təması ilə).

Yağlı balıqlar və zənginləşdirilmiş qidaların istehlakı.

Əksiklik şiddətli olduqda həkim nəzarəti ilə qəbul edilən preparatlar (səviyyənin normallaşması adətən 4-6 həftə çəkir).

Təbiətdə D vitaminin ən zəngin mənbəyi balıqlardır.

Yağlı balıqlar: Qızılbalıq (somon), tunes (ton), skumbriya, nərə balığı, sardiniya.

Dəniz məhsulları: İlbiz və krevet.

Heyvan mənşəli qidalar: Balıq qaraciyəri yağı (treska yağı), mal qaraciyəri, yumurta sarısı, pendir.

Zənginləşdirilmiş qidalar: Bəzi süd məhsulları, soya südü, badam südü, portağal şirəsi və yulaf əzməsi.

Çatışmazlıq Əlamətləri
Əgər bədəninizdə D vitamini azdırsa, aşağıdakı simptomları hiss edə bilərsiniz:

Əzələ və sümük ağrıları;

Xroniki yorğunluq və depressiya;

Əllərdə və ayaqlarda qarışqa gəzməsi hissi;

Saç tökülməsi və iştahsızlıq;

Yaraların gec sağalması və tez-tez sümük qırıqları.

D Vitamini Səviyyəsi Nə Qədər Olmalıdır?
Qan analizi zamanı nəticələr belə qiymətləndirilir:

Yetərli: 20 ng/mL (50 nmol/L) və yuxarı.

Çox aşağı: 12 ng/mL (30 nmol/L) altı (sümükləri zəiflədir).

Həddindən artıq yüksək: 50 ng/mL (125 nmol/L) yuxarı (sağlamlıq problemlərinə yol aça bilər).

Gündəlik Ehtiyac (IU ilə)
0-12 ay: 400 IU

1-70 yaş: 600 IU

71 yaşdan yuxarı: 800 IU

Hamilə və süd verən analar: 600 IU

Artıq Miqdarın Zərərləri
D vitamininin normadan çox olması (toksiklik) ürəkbulanma, qusma, böyrək daşları, əzələ zəifliyi və ağır hallarda böyrək çatışmazlığına və ya ürək ritminin pozulmasına səbəb ola bilər. Ona görə də yüksək dozalı preparatlar yalnız həkim məsləhəti ilə qəbul edilməlidir.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Yanvar 2026 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri