Icma.az
close
up
RU
D vitaminin orqanizmdə əvəzsiz rolu. FAYDALI MƏLUMAT!

D vitaminin orqanizmdə əvəzsiz rolu. FAYDALI MƏLUMAT!

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

D vitamini insanın sağlamlığı üçün ən vacib vitaminlərdən biridir.

D vitamini günəş şüalarının təsirindən orqanizmdə (dəridə) sintez olunur. D vitamini kalsiumun orqanizmdə sovrulmasına və sümük toxumasının hüceyrələrinə daxil olmasına kömək edir. Kalsium bizim sümüklərimizin əsas "tikinti materialıdır". Beləliklə, D vitamini sümüklərimizi möhkər edir. Bu vitaminin çatışmazlığı isə sümüklərin daha kövrək və zəif olmasına səbəb olur. Uşaqlarda D vitaminin çatışmazlığı raxit kimi ciddi pozulmaya səbəb olur. Raxit uşaqlarda ayaqların və çanaq sümüklərinin, döş qəfəsinin əyilməsinə, fiziki inkişafın ləngiməsinə səbəb olur.

Gün şüalarının kifayət qədər gəbulu D vitaminin ehtiyacını ödəyir. Lakin burada  bəzi incəlikləri nəzərə almaq lazımdır:

- gün şüalarının təsiri səhər və axşam saatlarında daha effektlidir

- dərisi tünd olan insanlarda ağ dərili insanlarla müqayisədə D vitamini daha az miqdarda sintez olunur,

- qoca insanların dərisində D vitaminin sintezi xeyli azalır. Bu səbəbdən onların sümükləri kövrək olur, onlarda osteoporoz (sümük toxumasının azalması ilə bağlı olan patoloji prosess) inkişaf edir. Osteoporoz isə yaşlı insanlarda sınıqlara səbəb olur.

- pis ekoloji şərait D vitaminin sintezinə mane olur.

Bəzi qida məhsulları D vitaminin əlavə mənbələridir. Bu məhsulların arasında: süd və süd məhsulları, balıq, balıq yağı, qara ciyər, yumurta sarısı. Lakin bu məhsulların qəbulu D vitaminin ehtiyacını tam ödəmir. Gün şüaları burada əsas rol oynayır.

Uşaqlar və yaşlı insanlar D vitamini və kalsiumu əlavə almalıdır. Bu onların sümüklərinin sağlamlığı üçün çox vacibdir.

Lakin D vitaminin orqanizmdə rolu yalnız sümüklərin qorunması ilə məhdudlaşdırılmır. Bu vitamin bir çox proseslərdə iştirak edir. Bu unikal vitamin orqanizmə həm vitamin, həm də hormon kimi təsir edir.

- D vitamini ürəyin, dərinin, qalxanvari vəzinin, böyrəklərin sağlamlığı üçün olduqca vacibdir.

- D vitamini qanın normal laxtalanması üçün vacibdir, arterial təzyiqinin tənzimlənməsində iştirak edir.

- D vitamini immun sisteminin normal fəaliyyəti üçün də çox önəmlidir.

- Tibbi araşdırmalar nəticəsində məlum oldu ki, vitamin D çox ağır autoimmun xəstəliyi olan yayılmış skleroz zamanı yaxşı kömək edir. Həmçinin D vitamini yayılmış sklerozun profilaktik vasitəsi sayılır.

- Belə hesab olunur ki, D vitamini bəzi xərçəng xəstəliklərinin (xüsusilə süd vəzi, yumurtalıqlar, prostat vəzi xərçəngi, leykoz) müalicəsi və profilaktikası üçün effektlidir.

- D vitamini qadınların və kişilərin cinsiyyət funksiyasına təsir edir. Belə ki, vitamin D  kişilərin əsas cinsi hormonu olan testosteronun sintezini stimullaşdırır.

- D vitamini sinirlərin və əzələlərin normal fəaliyyəti üçün çox vacibdir.

- Bu vitamin qanda şəkərin səviyyəsinə təsir edir, arterial təzyiqinin tənzimlənməsində iştirak edir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 06:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri