Icma.az
close
up
RU
D8 təşkilatına üzvlük Azərbaycanın milli maraqlarına tam cavab verir TƏHLİL AZƏRTAC

D8 təşkilatına üzvlük Azərbaycanın milli maraqlarına tam cavab verir TƏHLİL AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 dekabr, AZƏRTAC

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 1997-ci ildə, inkişaf etməkdə olan səkkiz ölkə tərəfindən qurulub. Bu təşkilatın məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri gücləndirməkdir.

Bu fikir Media Təhlil Mərkəzinin (MTM) analitik qrupunun hazırladığı “D-8 təşkilatına üzvlük Azərbaycanın milli maraqlarına tam cavab verir” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Türkiyə, İran, Pakistan, İndoneziya, Banqladeş, Misir, Nigeriya və Azərbaycanın üzv olduğu təşkilatın zirvə toplantısının keçirildiyi vaxtı, həmçinin regional və qlobal miqyasda cərəyan edən hadisələri nəzərə alsaq o zaman onun məram və məqsədlərini anlamaq o qədər də çətin deyil. İqtisadiyyat qədər siyasi prosesləri də dərindən izləyən və fəaliyyətini həm də bu istiqamətdə yürüdən təşkilat, ilk növbədə, sülh və təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır. Çünki sabitlik olmayan regionda iqtisadi əməkdaşlıqdan da söhbət gedə bilməz və bu, təşkilata üzv ölkələrin prioritetləri sırasına daxildir.

Qahirədə keçirilən XI zirvə görüşü Azərbaycan Respublikasının təşkilata bərabərhüquqlu üzv qəbul edilməsi ilə yadda qaldı. İlk növbədə, onu qeyd etməliyik ki, Azərbaycanın bu təşkilata üzvlüyü digər üzv ölkələrlə ticarət əlaqələrini artırmağa, xüsusən də enerji, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində daha çox imkan əldə etməyə kömək edəcək. Azərbaycan, həmçinin bu ölkələrin bazarlarına daxil olmaqla, ixracının şaxələndirilməsinə də nail ola bilər. Bundan əlavə, Azərbaycan digər üzv ölkələrlə iqtisadi əməkdaşlığı dərinləşdirərək xarici investisiyalar əldə edə bilər. Texnologiya və innovasiya sahəsində əlaqələrin gücləndirilməsi, eyni zamanda, sosial-mədəni layihələrin icrası da Azərbaycanın təşkilat daxilində mövqelərini möhkəmləndirə bilər. Bu çərçivədə Azərbaycanın da üzv ölkələrə verə biləcəyi çoxlu dividentlər var. Çünki Azərbaycan əlverişli geosiyasi mövqedə yerləşir, onun geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturu var. Azərbaycan özünü etibarlı regional mərkəzlərdən biri kimi artıq təsdiqləyib. Bununla yanaşı, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan mühüm enerji layihələrinin həyata keçirilməsində və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Məhz bu amillər ölkəmizin D-8 təşkilatına üzvlüyünü şərtləndirib, digər tərəfdən onun regional və qlobal siyasi proseslərə təsir imkanlarını gündəmə gətirib. Çünki Azərbaycan artıq Cənubi Qafqazın lider dövləti olaraq regional sülh və təhlükəsizliyin təmin olunmasında əsas faktordur. Qlobal miqyasda Azərbaycan siyasi proseslərə təsiretmə gücü qazanıb. Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 üzrə sədrliyi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir.

Bununla belə, təşkilatın əhatə etdiyi coğrafiyada münaqişələr, toqquşmalar və hətta müharibələr gedir. Müasir toqquşmalar və siyasi gərginlik fonunda geniş regionumuzda təhlükəsizliyin və sabitliyin təmin edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi D-8 təşkilatının əsas prioritetlərindən biridir. Azərbaycan həm dünyanın ən mürəkkəb münaqişələrindən birinə son qoymaq təcrübəsi, həm də münaqişə tərəfi olan ölkələr arasında uğurlu vasitəçilik səyləri ilə D-8-in məqsədlərinə töhfə verə bilər. Bu baxımdan son dövrdə Suriyada baş verən proseslər diqqətdən kənarda qalmamalıdır. Əsəd rejiminin süqutundan sonra bu ölkədə sülhün və sabitliyin bərpa olunmasının və vətəndaş qarşıdurmasına son qoyulmasının mütləq dərəcədə vacib olduğunu bəyan edən Azərbaycanın Suriyanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına dair sərgilədiyi mövqe təqdirəlayiqdir. Rəsmi Bakı bütün məsələlərin Suriya xalqının iradəsinə uyğun formada və ölkədaxili siyasi dialoq vasitəsilə həll ediləcəyinə əmin olaraq ölkənin üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına da öz dəstəyini ifadə edib. Bu yöndə praktiki addımların atılması istiqamətində qardaş Türkiyə ilə yaxın təmasları davam etdirir. Digər tərəfdən Azərbaycan bu addımların İslam həmrəyliyi çərçivəsində atılmasının daha əhəmiyyətli olacağına diqqət çəkir. Çoxdandır müsəlman ölkələri arasında İslam həmrəyliyini təşviq edən Azərbaycan Suriyadakı problemlərin həllində də bu məsələnin effektli olacağına inanır. Bu çərçivədə D-8 təşkilatına üzvlük Azərbaycanın ərəb dünyası ilə əlaqələrinə də müsbət təsir edəcək. İqtisadi, mədəni əlaqələrin yüksək səviyyəsi qarşılıqlı investisiyaların həcminin artmasına, siyasi münasibətlərin daha da dərinləşməsinə, nəticə etibarilə Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol aça bilər. Bu baxımdan D-8-ə üzvlük Azərbaycanın milli maraqlarına tam cavab verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri