Icma.az
close
up
RU
D8ə üzvlük Azərbaycana böyük inam və etimadın göstəricisidir Aydın Hüseynov

D8ə üzvlük Azərbaycana böyük inam və etimadın göstəricisidir Aydın Hüseynov

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərən iri iqtisadi layihələrin gerçəkləşdiyi Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlüyü qüruvericidir. Bu hadisə dövlət başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsinin göstəricisidir. Dekabrın ayının 19-u 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilməsini tarixi hadisə kimi qiymətləndirmək olar". 

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmasını şərh edərkən dedi. Onun sözlərinə görə, Azərbaycanın D-8-ə üzvlüyü Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin nəticəsidir:

"Azərbaycan ilk dəfə 2017-ci ildə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə təmsil olunub. 2017-ci ildə Zirvə görüşündə iştirakı zamanı çıxış edən dövlət başçısı Azərbaycanın beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu vurğulamışdı. Prezident çıxışında bildirmişdi ki, Azərbaycan tərəfdaşları ilə birgə dünyanın ən böyük infrastruktur layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” layihəsini icra edir. Bununla yanaşı Prezident öz çıxışında inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa ilə ən qısa yol olacağını diqqətə çatdırmışdı.

Bu gün isə məlum olduğu kimi artıq Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəməri müvəffəqiyyətlə istismara verilib və bu kəmərlə milyardlarla kub metr qaz nəql olunur. Artıq uğurla fəaliyyət göstərən, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars dəmiryolu Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb. Cənab Prezidentin də vurğuladığı kimi bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açır". 

Deputat qeyd etdi ki, Azərbaycanın üzvlüyü İslam dəyərlərinin dünyada təbliğində və islamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.

"Təşkilat üzvlərinin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edir. Ölkəmizin mühüm iqtisadi potensiala malik D-8-ə üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstərcisidir. Səkkiz müsəlman ölkəsini birləşdirən D-8 təşkialtına Azərbaycanın üzvlüyü İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və islamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq. Dövlət başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunub və bu, bizim üçün qürur mənbəyidir. Bu mühüm hadisənin baş verməsi Azərbaycanın dünya miqyasında nüfuzunun artmasından xəbər verməklə yanaşı, sabit və təhlükəsiz bir ölkə olaraq, regionda əhəmiyyətli iqtisadi layihələrin sahibi olan Azərbaycana böyük inam və etimadın göstəricisidir", - deyə Aydın Hüseynov vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Dekabr 2024 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri