Icma.az
close
up
RU
Aydın Hüseynov: Azərbaycanın D8ə üzv seçilməsi təşkilatın siyasiiqtisadi imkanlarını artıracaq

Aydın Hüseynov: Azərbaycanın D8ə üzv seçilməsi təşkilatın siyasiiqtisadi imkanlarını artıracaq

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. 

Bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib. Otuz ilə yaxın bundan əvvəl yaranmış təşkilatın birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzvün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. Prezident, həmçinin qeyd edib.

İlham Əliyev bildirib ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. 



Milli Məclisin deputatı Aydın Hüseynov “Sherg.az”a bildirib ki, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvü seçilməsi mühüm siyasi-iqtisadi hadisədir və ölkəmizin nüfuzünu göstərir:


“Bu, həm də Azərbaycanın yürütdüyü unikal diplomatiyanın növbəti uğuru kimi səciyyələndirilə bilər. Bu, eyni zamanda, regional və qlobal təşkilatlarda ardıcıl olaraq öz layiqli yerini tutan respublikamıza tərəfdaş ölkələrin dərin etimad və etibarının təzahürüdür. Cənab Prezident İlham Əliyev də məsələnin mahiyyətini yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bəyan etdi. Otuz ilə yaxın bundan əvvəl yaranmış təşkilatın birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzvün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir”. 



Millət vəkili qeyd edib ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilib:

“Bu, ölkəmiz üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. “İslam Səkkizliyi” adlanan D-8 formatı siyasi nüfuzu ilə yanaşı, həm də böyük iqtisadi potensiala malik təsisat kimi mühüm statusa malikdir. Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda qurulan, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanı və hazırda Azərbaycanı öz sıralarında birləşdirən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı faktiki olaraq bundan sonra “İslam doqquzluğu”na çevrilmiş olur. Təşkilat regionda qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Şərqlə Qərb arasında iqtisadi-ticari körpü, nəqliyyat və kommunikasiyaların vəhdətində bu qurumun təsiretmə imkanları böyükdür”.


A.Hüseynov vurğulayıb ki, təşkilatın birləşdirdiyi ölkələrdə 1,2 milyard insan yaşayır, iqtisadiyyatlarının həcmi 4 trilyon dollardır:

“Eyni zamanda,  üzv ölkələrin ümumini ticarətlərinin həcmi 1,8 trilyon dollar təşkil etməklə, ümumdünya ticarətində 5 faiz paya malik olduğunu təsdiqləyir. Azərbaycanın qoşulmasından sonra D-8-in iqtisadiyyatının dəyəri ən azı 100 milyard dollar, ticari mübadilənin həcmi 50 milyard dollar artmış olacaq. Eyni zamanda, sərmayələrdə və regional yük daşınmalarında, logistika mübadilələrində də əhəmiyyətli dinamika yaranacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Yanvar 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri