Icma.az
close
up
RU
Dabaq xəstəliyi: Kimlər risk altındadır?

Dabaq xəstəliyi: Kimlər risk altındadır?

Icma.az, News24 saytına istinadən bildirir.

Son zamanlar heyvan mənşəli məhsullardan insana keçə bilən xəstəliklər geniş müzakirə mövzusuna çevrilib. Bu xəstəliklər arasında dabaq xüsusi yer tutur. Dabaq əsasən heyvanlarda müşahidə olunan xəstəlik olsa da, bəzi hallarda insanlara da yoluxa bilər.

Bəs dabaq xəstəliyi hansı hallarda insana keçə bilər? İnsanlarda bu xəstəlik hansı simptomlarla özünü büruzə verir?

Bu barədə News24.az-a açıqlama verən səhiyyə üzrə ekspert Adil Qeybullayev bildirib ki, zoonotik, yəni heyvan mənşəli xəstəliklər həm heyvanlarda, həm də insanlarda müxtəlif bakteriya, virus və infeksiyalar vasitəsilə yayılır:

“Zaman-zaman heyvanlarda olan bəzi virusların insanlara keçməsi halları müşahidə olunub. Bu qrupa HİV, SPİD, COVID19 kimi xəstəliklər də daxildir”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bəzi heyvan mənşəli xəstəliklər məişət yolu ilə – süd, ət və digər məhsullar vasitəsilə də insanlara keçə bilər:

“Heyvanın südündən və ya ətindən keçən, el arasında "mal qızdırması" kimi tanınan bruselyoz xəstəliyi insanlarda da rast gəlinir. Bruselyozun dörd növü var və bəziləri daha ağır keçir. Bu xəstəliklər əsasən heyvandarlıqla məşğul olan şəxslərdə müşahidə olunur, lakin pendir və digər heyvan mənşəli məhsullardan da keçə bilər". 

Ekspert əlavə edib ki, heyvan mənşəli xəstəliklər arasında dabaq da mühüm yer tutur:

“Dabaq xəstəliyinin insanlara keçməsi nadir haldır, lakin istənilən heyvan mənşəli infeksiyada sıx təmas əsas yoluxma amili sayılır. Heyvandarlıq və kənd təsərrüfatı sahəsində çalışanlar bu baxımdan daha çox risk altındadırlar. Belə halların qarşısını almaq üçün mütləq şəkildə gigiyenik və sanitariya qaydalarına əməl olunmalıdır". 

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri