Icma.az
close
up
RU
Dabaq xəstəliyi nazirliyin gətirdiyi heyvanlardan yayılıb AQTA arayış hazırlaylıb, amma ictimaiyyətdən gizlədib

Dabaq xəstəliyi nazirliyin gətirdiyi heyvanlardan yayılıb AQTA arayış hazırlaylıb, amma ictimaiyyətdən gizlədib

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, avqust ayından etibarən Azərbaycanda mal-qara arasında dabaq xəstəliyi yayılmağa başlayıb.

Qısa müddət ərzində xəstəlik bir sıra rayonlarda heyvandarlıq təsərrüfatlarını, eləcə də vətəndaşların saxladığı ev heyvanlarını əhatə edib.

Əhalinin və müstəqil ekspertlərin çağırışlarına aidiyyatı dövlət qurumları gec reaksiya verib.

Kənd stəsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli Gununsesi.info-ya bildirib ki, hələ avqust ayının ortalarında bu barədə çağırış edib: “Əslində heyvanlar ildə iki dəfə dabaq xəstəliyinə qarşı peyvəndlənməlidir. Xəstəliyin belə geniş vüsət alması göstərir ki, vaxtında tədbirlər görülməyib, eləcə də bizim çağırışlarımıza əhəmiyyət vermədilər”.

Qeyd edək ki, xəstəliklə bağlı Qida Təhlükəsizliyi Agentliyi AQTA) bəzi rayonlarda mal bazarlarının fəaliyyətini dayandırıb.

Agentlikdən bildirilib ki, mərhələli şəkildə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması heyvan satışına qadağa qoyulması demək deyil. “Heyvanlar fermer təsərrüfatlarından da birbaşa kəsim müəssisələrinə satıla bilər”, AQTA bildirib.

Xəstəliyin yayılması paytaxtda ət satışına da mənfi təsir göstərib, Bakının bəzi rayonlarda ət satışı ilə məşğul olan mağazalar bağlanıb, qiymətlərdə isə artım müşahidə olunur.

İstehlakçılar xəstəliyin insan orqanizminə düşməsindən narahatdırlar, təcrübədə dabaq xəstəliyinə yoluxma halları müşahidə olunub.

Dabaq itigedişli yüksək kontagioz virus xəstəliyidir. Qızdırma, ağız selik qişasında, dəridə, yelində, dırnaqarası nahiyələrdə aftaların əmələ gəlməsi, cavan heyvanlarda isə miokardın və skelet əzələlərinin zədələnməsi ilə müşayət edilir. Bütün cütdırnaqlı heyvanlar, dəvələr, nadir hallarda atlar və digər heyvanlar Dabaq xəstəliyinə yoluxa bilər.

Dabaq xəstəliyi heyvandarlıqda çəki itkisinə, südün azalmasına, məhsulun keyfiyyətinin aşağı düşməsinə, rayonlarda, bəzən dövlətin bütün ərazisində təsərrüfat fəaliyyətinin pozulmasına səbəb olur. Virusun müxtəlif tipləri (A, O, C, SAT-1, SAT-2, SAT-3) mövcuddur, ətraf mühitin təsirlərinə davamlıdır.

Virus xəstə heyvandan ətraf mühitə ağız suyu, süd, nəcis, sidik və sairə ilə xaric olur. Törədici xəstəlik mənbəyindən geyimlə, yemlə, nəqliyyat və digər vasitələrlə, hətta külək vasitəsi ilə yayılaraq böyük ərazilərə sirayət edir. Yoluxma əsasən ağızın selik qişasından, yelinin və ətrafların zədələnmiş nahiyəsindən, həmçinin aerogen yolla baş verir. Ölüm 0,2-0,5%, buzovlarda 50%-ə qədər, südəmər çoşqalarda 60-80% arası olur.

Bəs, xəstəliyin Azərbaycanda geniş yayılmasının səbəbi nədir?

Bu barədə Gununsesi.info mötəbər mənbələrdən məlumat alıb. Məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Gürcüstandan xəstəliyə yoluxmuş heyvanlar gətirib.

Xidmətin həyata keçirdiyi özünəməğulluq proqramı çərçivəsində iribuynuzlu mal-qara və qoyun, quzu, keçi qeydiyyatdan keçmiş vətəndaşlara paylanır.

Mənbə bildirir ki, Məşğulluq Xidməti heyvanların sağlamlığını ciddi şəkildə yoxlamalı, idxalı baytar nəzarəti altında həyata keçirməli olduqları halda məsuliyyətsizlik nümayiş etdiriblər.

Mediada, sosial şəbəkələrdə dəfələrlə xəstə, yararsız mal-qaranın əhaliyə verdildiyini təsdiq edən vidolar yayılıb və bu, Xidmətin işinə necə yanaşdığını göstərir.

Məlumatda qeyd olunur ki, dabaq virusun məhz adıçəkilən dövlət qurumunun xətti ilə gətirilən heyvanlar vasitəsi ilə yaylmasını Qida Təhlükəsizliyi Agentliyi də təsdiqləyib, bu barədə müvafiq akt tərtib olunub, arayış hazırlanıb.

Amma AQTA rəhbərliyi bəzi səbəblərdən bu məlumatıl ictimaiyyətdən gizlədib.

Vahid Məhərrəmli bildirir ki, Gürcüstanda mal-qaraya baytar nəzarəti güclüdür, amma xəstə heyvanların olması da mümkündür: “Əvvəllər belə idi: mal-qara hansı ölkədən alınırdısa, müvafiq qurumun nümayəndələri həmin ölkəyə səfər edib, heyvanların saxlanıldığı təsərrüfata baş çəkib onların sağlam olduqlarına əmin olurdular. Bundan sonra idxal həyata keçirrdilər, indi necə edirlər, bunu bilmirəm”.

AFƏT ABBASOBA

GUNUNSESI.INFO

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Oktyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see262

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see217

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see163

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see152

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see145

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see144

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri