Icma.az
close
up
RU
Dağ mədən və metallurgiyada böyük inkişaf hədəfləri

Dağ mədən və metallurgiyada böyük inkişaf hədəfləri

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İqtisadi qüdrətini möhkəmləndirən ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoyur.

Avropanın enerji təminatında böyük pay sahibi olan Azərbaycan regionda iqtisadi imkanlarını ardıcıl şəkildə genişləndirir. Bütün sahələrdə iqtisadi artımın müşahidə olunduğu bir şəraitdə dağ-mədən və metallurgiya sənayesinin inkişafı qarşıdakı dövr üçün prioritet istiqamətlərdən birini təşkil edir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səslənən fikirlər bu sahənin ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsində strateji istiqamətlərdən birinə çevrildiyini göstərdi.

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib. Onun sözlərinə görə müşavirədə çıxış edən ölkə başçısı ölkəmizin iqtisadi göstəricilərini qeyd etdi və konkret tapşırıqlarını verdi. Prezident dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətini diqqətə çatdıraraq bildirdi ki, təbii resurslardan səmərəli istifadə, istehsal zəncirinin yaradılması və beş mindən çox yeni daimi iş yerinin açılması iqtisadiyyatın güclənməsinə xidmət edəcək. Dövlət başçısı son illərdə həyata keçirilən dövlət proqramlarının, infrastruktur layihələrinin və enerji siyasətinin Azərbaycanın iqtisadi imkanlarını genişləndirdiyini qeyd etdi. Azərbaycanın bu gün daxili enerji tələbatını təmin etməklə yanaşı enerji ixrac etdiyini və bir sıra ölkələr üçün mühüm tərəfdaşa çevrildiyini bildirdi. Prezident maliyyə, vergi və gömrük sahələrində aparılan islahatların da iqtisadi inkişaf üçün yeni imkanlar yaratdığını diqqətə çatdırdı.

Rəşad Mahmudov daha sonra bildirib ki, Prezident müşavirədə dağ-mədən sənayesinin uzun müddət lazımi səviyyədə inkişaf etməməsinin səbəblərini açıqlayaraq bəyan etdi ki, sovet dövründə aşkar edilmiş bir sıra yataqların işğal altında qalan ərazilərdə yerləşməsi, işğal illərində isə Ermənistanın Azərbaycanın qızıl, mis və molibden yataqlarını talaması bu sahənin inkişafına ciddi təsir göstərib. Mövcud yataqların müasir geoloji üsullarla yenidən araşdırılması, işğaldan azad edilmiş ərazilərdəki yataqların istismara verilməsi və yeni ehtiyatların aşkarlanması qarşıdakı əsas istiqamətlərdəndir. Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqları üzrə işlər genişləndiriləcək, Naxçıvanda da geoloji kəşfiyyat aparılacaq. Dövlət və özəl sektorun iştirakı ilə həyata keçiriləcək layihələrə xarici investorların cəlb olunmasının nəzərdə tutulduğunu söyləyən Prezident “Filizçay” polimetal yatağının istismara hazırlanmasının və yeni sənaye parklarının yaradılmasının da bu siyasətin əsas istiqamətləri sırasında olduğunu bildirdi. Əsas hədəf təbii sərvətlərin xammal kimi ixracı ilə kifayətlənməyərək zənginləşdirmə və emalı əhatə edən tam istehsal zəncirinin yaradılmasıdır.

Deputat yekunda qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizdə 2027–2030-cu illərdə dağ-mədən, metal filizləri və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə qarşıdakı dövrdə bu sahələrin inkişafına ciddi təkan verəcək. Bu proqram çərçivəsində yeni istehsal sahələrinin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi və sənaye potensialından daha səmərəli istifadə üçün geniş imkanlar açılacaq. Müşavirədə qarşıya qoyulan məqsəd məhz bu istiqamətlərin müəyyənləşdirilməsi və onların ardıcıl şəkildə həyata keçirilməsidir. Əminliklə demək olar ki, dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri qarşıya qoyulub və bu sahələr ölkəmizin iqtisadi gücünün artırılmasında mühüm rol oynayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri