Icma.az
close
up
RU
Jurnalistlər dağ mədən sənayesi müəssisələrində

Jurnalistlər dağ mədən sənayesi müəssisələrində

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı və Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub. 

Səhmdar cəmiyyətin 2024–2026-cı illər üzrə Kommunikasiya Strategiyasına uyğun olaraq, Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş mediaturda televiziya, qəzet və onlayn mediada çalışan 30-dan çox jurnalist iştirak edib. İlk gün Gəncə şəhərində dövlət şirkətinin mütəxəssisləri tərəfindən geoloji kəşfiyyat, hasilat, emal, qiymətli metalın satışının təşkili, əməyin mühafizəsi, eləcə də ətraf mühit, kommunikasiya, korporativ sosial məsuliyyət mövzularında nəzəri təlimlər keçirilib. İnteraktiv formatda təşkil edilən təlimlər zamanı qeyd edilən istiqamətlər ətrafında müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.

Növbəti gün isə iştirakçılar əvvəlcə Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən Gəncə Autizm Mərkəzində yaradılan şəraitlə tanış olublar. Jurnalistlər autizm spektr pozuntulu uşaqların fərdi inkişafı üçün göstərilən reabilitasiya prosesini əyani şəkildə izləyiblər. Daha sonra Daşkəsən rayonu, Quşçu qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə inşa olunmuş Səlmixan İsgəndərov adına tam orta məktəbin modul tipli binası, həmçinin Quşçu kənd mərkəzində istifadəyə verilmiş kitab köşkü ilə tanış olublar.

Səfər “AzerGold” QSC-nin Daşkəsən rayonu, Çovdar kəndində yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) və “Çovdar” qızıl mədəninə təşkil olunmuş mediaturla davam edib. Jurnalistlər “Çovdar” qızıl mədənində ekoloji norma və tələblər, müasir texnologiyalar əsasında aparılan istismar işləri, ÇİRES-də qiymətli metalların emalı, tullantıların idarəolunması prosesi ilə yerində tanış olublar. Həmçinin layihə çərçivəsində jurnalistlərin dağ-mədən sahəsinə dair məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə təlimdən öncə və sonra test tapşırıqları icra edilib.

Sonda media nümayəndələrinə sertifikat və xatirə hədiyyələri təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri